20 Yanvar faciəsinin 35-ci ildönümü İspaniya mediasında geniş işıqlandırılıb

post-img

20 Yanvar hadisələrinin 35-ci ildönümü ilə əlaqədar olaraq, İspaniyanın 100-dən çox media qurumunda (o cümlədən regionlardakı media agentliklərində) faciəyə həsr olunmuş geniş məqalələr dərc edilib.

Bu barədə AZƏRTAC-a Azərbaycanın İspaniyadakı səfirliyindən məlumat verilib. Bildirilib ki, anım tədbirləri çərçivəsində səfirliklə yaxın əməkdaşlıq edən akademik və keçmiş deputat Jordi Xuclunun “Cronica Global” rəqəmsal media platformasında “Enero negro en Baku, hace 35 años” (Bakıda Qara Yanvar, 35 il əvvəl) adlı məqaləsi dərc edilib.

Bununla yanaşı, Azərbaycanla dost münasibətləri olan və ölkəmizdə bir müddət əvvəl səfərdə olmuş professor, akademik Carlos Uriarte Sançezin müəllifi olduğu “¿Por qué es tan importante este mes de enero de 1990 para el devenir de lahistoria del moderno Azerbaiyán?” (1990-cı ilin bu yanvar ayı müasir Azərbaycan tarixinin gələcəyi üçün niyə bu qədər əhəmiyyətlidir?) başlıqlı məqalələri də İspaniyanın nüfuzlu “La Razon”, “Galicia Digital”, “El Mundo Financiero” və “La Discrepancia” media orqanlarında yayımlanıb.

Qan yaddaşı