Soyqırım haqqında düşünəndə mən,
Dilimdə söz donur, damarımda qan.
Bir ağrı, inilti keçir içimdən,
Bəlalar çəkmişik soyqırımlardan.
Kədərdi, əzabdı, qorxuncdu, bəddi,
Sinədə qovrulan dərddi soyqırım.
Gözləmir qanunu, gözləmir həddi,
Gavur ermənidi – şərdi soyqırım.
Adı Şaumyandı, soyadı Vazgen,
Yurdumda daş üstə daşı qoymadı.
Təkqulaq cəlladdı – geni həmin gen,
Türk qanı tökməkdən dinsiz doymadı.
Talandı neçə yol Naxçıvan, Gəncə,
Od tutdu Şamaxı Bakıya qədər.
Uşağı, qocanı öldürüb öncə,
Tarixə əbədi əkdi qəm-kədər.
Döndü qasırğaya torpağımızda,
Evlərin, qəlblərin çırağı söndü.
Yaman qəddar oldu Xocalımızda,
Bütün soyqırımlar yalana döndü.
Soyqırım haqqında danışanda mən,
Dilimdə söz coşur, damarımda qan.
İçimə bir haray dolur qeybdən:
– Dünyanı qoruyaq soyqırımlardan!
İbrahim YUSİFOĞLU
Soyqırımı
26 fevral, o qanlı gecə,
Böyük bir faciə gördü Xocalı.
Yer-göy də ağladı onun halına,
Viranə şəhərə döndü Xocalı.
Bu cür faciəni unutmaq olmaz,
Bu bir soyqırımdır, dünya sussa da.
Misli görünməmiş bu vəhşiliyi,
Bizlər unutmarıq, kim unutsa da.
Cəzasız qalmadı bunu edənlər,
Mərd oğullarımız hesab sordular.
Qisas qiyamətə qalmayacaqdı,
Bunu o qatillər unudurdular.
Elvin ELXANOĞLU
Tarix unutmaz sizi
Xocalı qisasını
Alıbdır igidlərim.
Artıq Zəfər marşını
Çalıbdır igidlərim.
Xocalı soyqırımı,
Yaddan çıxmaz heç zaman.
Günahsız insanlara,
Düşmən verməmiş aman.
Alındı 44 günə,
Xocalının qisası.
Qazandığımız Zəfər,
Babaların mirası.
İgid oğullarımız,
Tarix unutmaz sizi.
Bizə Zəfər yaşadıb,
Tarixdə qoydunuz izi.
Nicat İSMAYILOV