Şəmkir: N saylı hərbi hissədə

post-img

Burada keçirilən bayram tədbirindən əvvəl Ümummili lider Heydər Əliyevin hərbi hissənin qərargahı qarşısında ucaldılan abidəsi ziyarət olunub, Ulu Öndərin xatirəsi ehtiramla yad edilib.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rəşad Tağıyev çıxış edib. Rayon rəhbəri deyib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlanıb. Bütövlükdə silahlı qüvvələrimizin inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ölkədı ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanılır. Məhz  bu məqsədyönlü tədbirlər nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə çalaraq tarixi nailiyyətə imza atıb.

General-mayor Bilal Çompuzov da çıxışında bildirib ki, 1993-cü ildə Heydər Əliyevin xilaskarlıq missiyası ilə Azərbaycan hakimiyyətinə yenidən qayıdışından sonra həyata keçirilmiş digər islahatlarla yanaşı, milli ordu quruculuğu da keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. 

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev isə çıxışında Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatının daim ön planda saxlanıldığını və bu gün ordumuz dünyanın ən böyük orduları sıralarında olduğunu vurğulayıb.

Tədbirdə Şəmkir Mədəniyyət Sektorunun bədii kollektivinin musiqilər səsləndirməsi hərbçilərin sonsuz razılığına və alqışlarına səbəb olub. 

Hamlet Qasımov,

XQ-nin bölgə müxbiri.

 

 

 





















Ordu