Laçın rayonu ərazisində kütləvi şəkildə piyada əleyhinə mina aşkar edilib - VİDEO

post-img

Avqustun 5-də Laçın rayonu ərazisində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində Kiçik İşıqlı dağının cənub hissəsindəki dərə boşluğunda mina sahəsi aşkar edilib.

Nazirlikdən XQ-ə verilən məlumata görə, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən ərazinin təmizlənməsi zamanı 2021-ci ildə Ermənistanda istehsal edilmiş Э-001 М tipli 102 ədəd piyada əleyhinə mina təhlükəsiz qaydada yığılaraq zərərsizləşdirilib.
Ərazinin minalardan təmizlənməsi üzrə zəruri tədbirlər davam etdirilir.


Ordu