Quru Qoşunlarında təlim davam edir: Tapşırıqlar yüksək dəqiqliklə icra olunub -VİDEO

post-img

Cari ilin hazırlıq planına əsasən, Quru Qoşunlarında keçirilən taktiki-xüsusi təlim davam edir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, müasir döyüş üsullarından istifadə edilməklə keçirilən təlimdə aşkar olunan şərti düşmən hədəflərinin artilleriya və zenit-raket qurğularından, eləcə də zirehli döyüş texnikaları üzərinə quraşdırılmış silahlardan məhv edilməsi üzrə tapşırıqlar yüksək dəqiqliklə icra olunub.

Bölmələrin qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, hərbi qulluqçuların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə yüksək peşəkarlıq nümayiş etdirilib.


Ordu