Bu ilin beş ayında Qazaxıstan Azərbaycana 52 min dollarlıq qəhvə tədarük edib

post-img

Bu ilin yanvar-may ayları ərzində Qazaxıstan Azərbaycana 52,1 min dollar dəyərində 6,4 ton qəhvə ixrac edib.

AZƏRTAC Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, Azərbaycanla yanaşı bu məhsul Monqolustan, Rusiya, Özbəkistan və Gürcüstana da göndərilir.

Qeyd olunan dövrdə Qazaxıstan ümumilikdə 118,2 ton qəhvə ixrac edib ki, bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 14,7 faiz azdır.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

İqtisadiyyat