MN: Mühəndis bölmələri 36 min hektaradək ərazini mina və partlamamış hərbi sursatdan təmizləyib

post-img

Müdafiə Nazirliyi işğaldan azad edilən ərazilərdə Azərbaycan Ordusunun mühəndis bölmələri tərəfindən görülən tədbirləri açıqlayıb.

Nazirliyin feysbuk səhifəsinə istinadla xəbər verir ki, mühəndis-istehkam bölmələri ümumilikdə 36 min hektaradək ərazini mina və partlamamış hərbi sursatdan təmizləyib.

Onlardan 10 min 400-ü piyada əleyhinə, 3300-ü tank əleyhinə mina, 11 min 850-si partlamamış döyüş sursatı olub.

 

Ordu