Albaniyada keçirilən dünya çempionatında MİK təmsilçisi gümüş medal qazanıb

post-img

Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən U-23 dünya çempionatında Mərkəzi İdman Klubunun (MİK) təmsilçisi Azərbaycan nümayəndə heyətinin tərkibində uğurla çıxış edib.

Nazirlikdən verilən məlumata görə, sərbəst güləş üzrə 79 kq çəki dərəcəsində mübarizə aparan MİK təmsilçisi Əşrəf Aşırov U-23 dünya çempionatının gümüş medalına layiq görülərək Azərbaycanın aktivinə 1 medal yazdırıb.

Qeyd edək ki, dünya çempionatında medal qazanan idmançımızın məşqçisi polkovnik-leytenant Nazim Əlicanovdur.

Ordu