Milli Müdafiə Universitetində Bolqarıstanın nümayəndə heyəti ilə görüş keçirilib

post-img

Avropa Birliyinin ERASMUS proqramı çərçivəsində Bolqarıstan Respublikasının G.S.Rakovski adına Hərbi Akademiyasının nümayəndələri ölkəmizə səfər edib.

Nazirlikdən verilən məlumata görə, Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda bolqarıstanlı nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Hərbi İdarəetmə İnstitutunun xarici dil müəllim heyətinin tədrisi, qiymətləndirilmə, STANAG testlərinin tərtibatı və tədris proqramlarının hazırlanması istiqamətində təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə edilib.

Qeyd edək ki, səfər çərçivəsində nümayəndə heyəti tərəfindən nümunəvi dərslərin keçirilməsi də nəzərdə tutulub.

Ordu