Alibaba Türkiyəyə 2 milyard dollar sərmayə qoymağı planlaşdırır

post-img

Alibaba Qrupunun prezidenti Maykl Evans Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə bildirib ki, şirkət ölkəyə 2 milyard dollar sərmayə qoymağı planlaşdırır. Bu barədə Qərb mediası Alibaba-nın yerli bölməsi Trendyol-un bəyanatına istinadən yazır. Cənab Evans şirkətin ölkəyə dəqiq nə vaxt investisiya qoymağı planlaşdırdığını açıqlamayıb. Trendyol bildirib ki, xüsusilə Ankarada data mərkəzi və logistika mərkəzi, həmçinin İstanbul hava limanında ixrac əməliyyatları mərkəzi tikməyi planlaşdırır.

Cənab Evans, həmçinin bildirib ki, Alibaba artıq Trendyol vasitəsilə Türkiyəyə 1,4 milyard dollar sərmayə qoyub. Şirkət Türkiyənin ən böyük bazar yeridir. Son zamanlar Alibaba beynəlxalq bölmələrini fəal şəkildə inkişaf etdirməyə çalışır. İyun ayında şirkət Avropada Tmall bazarının lokallaşdırılmış versiyasını təqdim etməyi planlaşdırdığını elan edib.

S.ELAY,

XQ

Dünya