№ 271 Bakı şəhəri, 18 sentyabr 2025-ci il
“Minatəmizləmə fəaliyyətinə dair Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 3 fevral tarixli 316 nömrəli Fərmanının 2.4.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Minatəmizləmə fəaliyyətinə dair Tələblər” təsdiq edilsin (əlavə olunur).
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri