№ 212 Bakı şəhəri, 15 iyul 2025-ci il
“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 17 dekabr tarixli 250 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155 (Cild I); 2024, № 1, maddə 84, № 2, maddələr 209, 229, № 3, maddələr 307, 359, № 6 (II kitab), maddə 739, № 7, maddələr 920, 930, № 9, maddələr 1067, 1099, 1106, № 10, maddə 1167, № 12 (II kitab), maddə 1428; 2025, № 2, maddə 187; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 4 iyun tarixli 177 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin proqram təsnifatı”na aşağıdakı məzmunda 12.1.3-cü yarımbənd əlavə edilsin:
12.1.3. Dincə qoyulmuş torpaq subsidiyasının verilməsi 09 01 01 031
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri