Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 456 Bakı şəhəri, 16 oktyabr 2024-cü il

“Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında

“Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 may tarixli 62 nömrəli Fərmanının 4.2.1-ci yarımbəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1.“Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

2.Müəyyən edilsin ki, Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi publik hüquqi şəxsin nizamnamə fondu 100 000 (bir yüz min) manat təşkil edir və Mərkəzin əsas vəsaiti hesabına formalaşır.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları