№ 409 Bakı şəhəri, 7 sentyabr 2024-cü il
Azərbaycan Texnologiya Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.12.1-ci yarımbəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Texnologiya Universiteti” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Texnologiya Universitetinə çevrilmə yolu ilə yenidən təşkil edilsin.
2. “Azərbaycan Texnologiya Universitetinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi bu Qərarın qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində Azərbaycan Texnologiya Universitetinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini təmin etsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri