Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 408  Bakı şəhəri, 7 sentyabr 2024-cü il

“Elmi tədqiqatların maliyyələşdirilməsinin yeni mexanizminin tətbiqi ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki İqtisadiyyat İnstitutunda 2021–2024-cü illər üzrə pilot layihənin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2020-ci  il  3  oktyabr  tarixli  375  nömrəli  Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Elmi tədqiqatların maliyyələşdirilməsinin yeni mexanizminin tətbiqi ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki İqtisadiyyat İnstitutunda 2021–2024-cü illər üzrə pilot layihənin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 3 oktyabr tarixli 375 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 10, maddə 1264 (Cild I); 2024, № 2, maddə 208) aşağıdakı dəyişikliklər edilsin:

1. Adında və 1-ci hissədə ­“2021–2024-cü” sözləri “2021–2027-ci” sözləri ilə əvəz edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş “Elmi tədqiqatların maliyyələş-dirilməsinin yeni mexanizminin tətbiqi ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki İqtisadiyyat İnstitutunda 2021–2024-cü illər üzrə pilot layihənin həyata keçirilməsi Qaydası” üzrə:

2.1. adında “2021–2024-cü” sözləri “2021–2027-ci” sözləri ilə əvəz edilsin;

2.2. 1.1-ci bənddə “Elmi tədqiqatların maliyyələşdirilməsinin yeni mexanizminin tətbiqi ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki İqtisadiyyat İnstitutunda (bundan sonra – İnstitut) 2021-2024-cü illər üzrə pilot layihənin həyata keçirilməsi Qaydası” (bundan 
sonra – Qayda)” sözləri “Bu Qayda” sözləri ilə və “İnstitutun” sözü “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki İqtisadiyyat İnstitutunun (bundan 
sonra – İnstitut)” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

 

Nazirlər kabinetinin qərarları