Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 407  Bakı şəhəri, 6 sentyabr 2024-cü il

“Gömrük orqanlarının vəzifəli şəxslərinin və onların ailəsinin yeni qulluq yerinə köçməsi, habelə əmlakının daşınması xərclərinin və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası”nın və “Gömrük orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan gömrük orqanlarının vəzifəli şəxslərinə və onların ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının ödənilməsi Qaydası və məbləği”nin təsdiq edilməsi haqqında

“Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 21 may tarixli 1153-VIQD nömrəli Qanununun tətbiqi və “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 243 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 21 iyun tarixli 111 nömrəli Fərmanının 2.1.1-ci və 2.1.2-ci yarımbəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

1. “Gömrük orqanlarının vəzifəli şəxslərinin və onların ailəsinin yeni qulluq yerinə köçməsi, habelə əmlakının daşınması xərclərinin və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Gömrük orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan gömrük orqanlarının vəzifəli şəxslərinə və onların ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının ödənilməsi Qaydası və məbləği” təsdiq edilsin 
(2 nömrəli əlavə).

3. Bu Qərarın 2-ci hissəsi ilə təsdiq edilən Qaydada nəzərdə tutulan maliyyələşdirmə məsələləri Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılmış vəsait hesabına həyata keçirilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

 

Nazirlər kabinetinin qərarları