№ 398 Bakı şəhəri, 5 sentyabr 2024-cü il
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 21 may tarixli 1154-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 21 may tarixli 1154-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 3, maddə 209 (Cild I) ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”da aşağıdakı dəyişikliklər edilsin:
1.1. 10-2-ci bənddə “maraqlı şəxs müraciət etdikdə ona müvafiq şəhadətnamə və ya arayış verilir” sözləri “, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya arayış barəsində akt qeydi tərtib edilmiş şəxs, yaxud onun qanuni nümayəndəsi, etibarnamə ilə səlahiyyət verdiyi şəxs, barəsində akt qeydi tərtib edilmiş şəxs öldükdə isə yaxın qohumları müraciət etdikdə verilir” sözləri ilə əvəz edilsin.
1.2. 21-ci bənddə “və maraqlı şəxs müraciət etdikdə ona müvafiq şəhadətnamə və ya arayış verilir” sözləri “, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya arayış barəsində akt qeydi tərtib edilmiş şəxs, yaxud onun qanuni nümayəndəsi, etibarnamə ilə səlahiyyət verdiyi şəxs, barəsində akt qeydi tərtib edilmiş şəxs öldükdə isə yaxın qohumları müraciət etdikdə verilir” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 627 (Cild I); 2024, № 1, maddələr 110, 124) ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1.12-1-ci bənddə “akt qeydi üzrə” sözləri “vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında” sözləri ilə əvəz edilsin və həmin bəndə “şəxs” sözündən sonra “, yaxud onun qanuni nümayəndəsi, etibarnamə ilə səlahiyyət verdiyi şəxs, barəsində akt qeydi tərtib edilmiş şəxs öldükdə isə yaxın qohumları” sözləri əlavə edilsin;
2.2. 3.2-ci bəndin birinci abzasında “şəxsən yazılı ərizə verirlər” sözləri “ərizə ilə müraciət edirlər” sözləri ilə əvəz edilsin;
2.3. 5.8-3-cü bənd ləğv edilsin;
2.4. 5.9-cu bənddən “həm ər ilə arvadın hər ikisinin, həm də onlardan birinin ərizəsi üzrə” sözləri çıxarılsın;
2.5. 5.9.1-ci yarımbəndin birinci cümləsinə “nikahın pozulmasını” sözlərindən sonra “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 23.3-cü maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə daxil olmuş məhkəmə qətnaməsindən çıxarışa əsasən, habelə” sözləri əlavə edilsin;
2.6. 5.9.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:
“5.9.4. məhkəmənin qətnaməsinə əsasən nikahın pozulmasının qeydiyyatı üçün birinci müraciət etmiş ərin (arvadın) ərizəsinə nikahın pozulması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsindən çıxarış əlavə edilməlidir;”;
2.7. aşağıdakı məzmunda 5.9.4-1-ci yarımbənd əlavə edilsin:
“5.9.4-1. nikahın pozulması haqqında məhkəmə qətnaməsində dövlət rüsumunu tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə nikahın pozulmasının qeydə alınması (qeydiyyat “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə daxil olmuş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda şəhadət-namənin verilməsi) haqqında ərizə ilə birinci müraciət etmiş tərəf həmin ərizəyə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə etməlidir. Nikahın pozulmasının qeydə alınması (qeydiyyat “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə daxil olmuş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda şəhadətnamənin verilməsi) üçün ikinci müraciət etmiş tərəfdən dövlət rüsumunun ödənilməsi barədə sənəd tələb olunmur;”;
2.8. 5.9.5-ci yarımbəndə “nikahın pozulması” sözlərindən sonra “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 23.3-cü maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə nikahın pozulması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış daxil olduqda, habelə” sözləri əlavə edilsin;
2.9. 5.12-ci bəndin birinci cümləsinə “qeydə alınması” sözlərindən sonra “(qeydiyyat Azərbaycan Respublikası Ailə Məcəlləsinin 23.3-cü maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə daxil olmuş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda şəhadətnamənin verilməsi)” sözləri əlavə edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri