Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 397 Bakı şəhəri, 5 sentyabr 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Ka­binetinin “Yaşıllıqların götürülməsi Qay­dası”nın təsdiq edilməsi haqqında” 2016-cı il 30 avqust tarixli 321 nömrəli Qərarında dəyişiklik edilməsi və “Azərbaycan Melio­rasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cə­miyyətinin balansında olan meliorasiya və su təsərrüfatı obyektlərinin layihələndiril­məsi, tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası), idarə olun­ması, saxlanılması, qorunması üçün icazə alınması tələb olunmayan işlərin Siyahı­sı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 30 noyabr tarixli 513 nömrəli Qərarının ləğv edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Dövlət Su Eh­tiyatları Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı”nın təs­diq edilməsi haqqında” Azərbaycan Respub­likası Prezidentinin 2024-cü il 21 may tarixli 68 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Na­zirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 8, maddə 1457 (Cild I); 2024, № 5 (II kitab), maddə 611) ilə təsdiq edilmiş “Yaşıllıqların götürül­məsi Qaydası”na aşağıdakı məzmunda 2.12-ci bənd əlavə edilsin:

“2.12. Suvarma və kollektor-drenaj şə­bəkələrinin təmizlənməsi, təmiri, bərpası və yenidən qurulması zamanı onların məcrasın­da, berma və dambasında bitmiş, habelə döv­lət ehtiyacı üçün ayrılmış torpaqlarda aparılan meliorasiya və irriqasiya tədbirləri zamanı həmin obyektlərin altına düşən yaşıllığın gö­türülməsi üçün yaşıllığın götürülməsi vərəqi tələb olunmur.”.

2. “Azərbaycan Meliorasiya və Su Təsər­rüfatı Açıq Səhmdar Cəmiyyətinin balansında olan meliorasiya və su təsərrüfatı obyektləri­nin layihələndirilməsi, tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası), idarə olunması, saxlanılması, qorun-ması üçün icazə alınması tələb olunmayan işlərin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azər­baycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 30 noyabr tarixli 513 nömrəli Qə­rarı (Azərbaycan Respublikasının Qanunveri­cilik Toplusu, 2018, № 11, maddə 2460 (Cild I) ləğv edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları