№ 383 Bakı şəhəri, 3 sentyabr 2024-cü il
“İdxalı əlavə dəyər vergisindən azad edilən lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin Siyahısı”nın təsdiq edilməsi haqqında
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1033-VIQD nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 dekabr tarixli 2439 nömrəli Fərmanının 2.2.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“İdxalı əlavə dəyər vergisindən azad edilən lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri