Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 384 Bakı şəhəri, 3 sentyabr 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2005-ci il 25 noyabr tarixli 218 nöm­rəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim forması və əşya əmlakı ilə təminat normaları”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin adının dəyişdirilməsi və “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Mək­təbinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezi­dentinin 2012-ci il 9 iyul tarixli 680 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azər­baycan Respublikası Prezidentinin 2024-cü il 22 may tarixli 70 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabi­neti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2005-ci il 25 noyabr tarixli 218 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 11, maddə 1074 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi ge­yim forması və əşya əmlakı ilə təminat nor­maları”nın “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin kursantlarının hərbi geyim və əşya əmlakı ilə təchizatının 2-1 nömrəli norması”nın adında “Respublikası Daxili İş­lər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin” sözləri “Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İns­titutunun” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları