№ 382 Bakı şəhəri, 3 sentyabr 2024-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Qara və əlvan metal qırıntı və tullantıları ixracının tənzimlənməsi sahəsində əlavə tədbirlər və “Qara və əlvan metal qırıntı və tullantıları ixracının müvəqqəti dayandırılması barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 aprel tarixli 457 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 24 iyun tarixli 112 nömrəli Fərmanının 1.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2164 (Cild I); 2024, № 1, maddə 127, № 2, maddə 244, № 4, maddə 465; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 3 iyul tarixli 330 nömrəli və 17 iyul tarixli 342 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilsin:
1.1. 7204 10 000 0, 7204 21.100 0, 7204 21 900 0, 7204 29 000 0, 7204 30 000 0 alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “7” rəqəmi “500” rəqəmləri ilə əvəz edilsin;
1.2. 7204 41 100 0, 7204 41 910 0, 7204 41 990 0, 7204 49 100 0, 7204 49 300 0, 7204 49 900 0, 7204 50 000 0 alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “5” rəqəmi “500” rəqəmləri ilə əvəz edilsin;
1.3. 7404.00.100.0, 7404.00.910.0, 7404.00.990.0 alt yarım-mövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “1000 kq - 15 ABŞ dolları, 31.12.2024-cü il tarixinədək - 10 %, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla*” sözləri “50%, lakin 1000 kq-a 4000 ABŞ dollarından az olmamaqla*” sözləri ilə əvəz edilsin;
1.4. 7503 00 100 0, 7503 00 900 0, 8101 97 000 0, 8102 97 000 0, 8103 30 000 0,8104 20 000 0, 8105 30 000 0, 8108 30 000 0, 8109 31 000 0, 8109 39 000 0, 8110 20 000 0, 8111 00 190 0, 8112 13 0000, 8112 22 000 0, 8112 52 000 0, 8112 61 000 0, 8112 92 210 0, 8113 00 400 0 alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununa “0” rəqəmindən sonra “(50%*)” sözləri əlavə edilsin;
1.5. 7602.00.110.0, 7602.00.190.0, 7602.00.900.0 alt yarım-mövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə, %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “1000 kq - 15 ABŞ dolları*” sözləri və 7802.00.000.0, 7902.00.000.0,8002.00.000.0 alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “1000 kq 15 ABŞ dolları*” sözləri “50%, lakin 1000 kq-a 1000 ABŞ dollarından az olmamaqla*” sözləri ilə əvəz edilsin;
1.6. 8106 90 000 0 alt yarımmövqeyinə aid sətirlər aşağıdakı redaksiyada verilsin:
8106 90 000
– digərləri
8106 90 000 1
– – tullantılar və qırıntılar
–
0 (50%*)
8106 90 000 9
– – digərləri
–
0
1.7. 8112 31 000 0 alt yarımmövqeyinə aid sətir aşağıdakı redaksiyada verilsin:
8112 31 000
– – emal olunmamış; tullantılar və qırıntılar toz
8112 31 000 1
– – – tullantılar və qırıntılar
–
0(50%*)
8112 31 000 9
– – – digərləri
–
0
1.8. 8112 41 000 0 alt yarımmövqeyinə aid sətirlər aşağıdakı redaksiyada verilsin:
8112 41 000
– – emal olunmamış; tullantılar və qırıntılar toz
8112 41 000 1
– – – tullantılar və qırıntılar
–
0(50%*)
8112 41 000 9
– – – digərləri
–
0
1.9. “QRUP 75”in və “QRUP 81”in cədvəllərindən sonra hər iki halda aşağıdakı məzmunda “Qeyd” əlavə edilsin:
“Qeyd.
Bu mal qrupuna daxil olan alt yarımmövqelərin 4-cü sütununda qeyd edilmiş ulduz işarəsi ixrac gömrük rüsumlarının dərəcələrini göstərir.”.
2. Bu Qərar dərc edildiyi gündən 60 gün sonra qüvvəyə minir.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri