№ 379 Bakı şəhəri, 23 avqust 2024-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 13 may tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 13 may tarixli 186 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 667 (Cild I) ilə təsdiq edilmiş “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci hissə üzrə:
1.1.1. 1.1-ci bənddən “dövlət tərəfindən” sözləri çıxarılsın;
1.1.2. aşağıdakı məzmunda 1.3.2-1-ci yarımbənd əlavə edilsin:
“1.3.2-1. sənaye məhəlləsinin operatoru (bundan sonra - operator) – müsabiqə əsasında seçilən və bağlanılan idarəetmə sazişi çərçivəsində sənaye məhəlləsinin idarə olunmasını təmin edən hüquqi şəxs;”;
1.2. 3-cü hissə üzrə:
1.2.1. 3.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“3.1. Sənaye məhəlləsi dövlət, xüsusi və bələdiyyə mülkiyyətində olan torpaqlarda yaradıla bilər. Sənaye məhəlləsinə dövlət mülkiyyətində olan torpaq sahəsi idarəedici təşkilatın daimi istifadəsinə həmin torpaq sahəsini icarəyə vermək hüququ ilə ayrılır. Xüsusi və bələdiyyə mülkiyyətində olan torpaq sahələri isə Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq bağlanılan icarə və ya alqı-satqı müqavilələri əsasında cəlb edilir. Dövlət tərəfindən sənaye məhəlləsinin yaradılması haqqında qərar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra - səlahiyyətli orqan) təklifi əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən, özəl sənaye məhəlləsinin yaradılması haqqında qərar isə sahibkarlıq subyektləri tərəfindən qəbul edilir.”;
1.2.2. aşağıdakı məzmunda 3.3-1-3.3-6-cı bəndlər əlavə edilsin:
“3.3-1. İdarəedici təşkilat sənaye məhəllələrinin və onların rezidentlərinin reyestrini (bundan sonra - reyestr) yaradır, həmin reyestrin aparılmasını və reyestrə daxil edilmiş məlumatların müntəzəm yenilənməsini təmin edir.
3.3-2. Reyestr informasiya ehtiyatıdır. Reyestrə sənaye məhəlləsinin yaradılması barədə aktın tarixi, nömrəsi və növü, yaradılmasının məqsədi, fəaliyyət profili, ərazisinin ölçüsü, yerləşdiyi inzibati ərazi vahidi, qeydiyyat tarixi və nömrəsi barədə məlumatlar daxil edilir.
3.3-3. Sənaye məhəlləsinin yaradılması barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən qərar qəbul edildikdən sonra 10 (on) iş günündən gec olmayaraq bu barədə bu Əsasnamənin 3.3-2-ci bəndində göstərilən məlumatlar idarəedici təşkilat tərəfindən reyestrə daxil edilir.
3.3-4. İdarəedici təşkilat sahibkarlıq subyektinin özəl sənaye məhəlləsinin qeydiyyata alınmasına dair təklifinin kağız daşıyıcıda və ya elek-tron qaydada təqdim edildiyi gündən 10 (on) iş günü müddətində həmin təklifin bu Əsasnamənin 3.3-cü bəndinin tələblərinə uyğunluğunu yoxladıqdan sonra özəl sənaye məhəlləsini qeydiyyata alır, bu barədə bu Əsasnamənin 3.3-2-ci bəndində göstərilən məlumatları reyestrə daxil edir və sənaye məhəlləsinin reyestrdə qeydiyyata alınmasını təsdiq edən sənədi sahibkarlıq subyektinə elektron qaydada təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.
3.3-5. Sahibkarlıq subyektinin təqdim etdiyi təklifdə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə, sənədlər təqdim edildiyi tarixdən 5 (beş) iş günündən gec olmayaraq çatışmazlıqların aradan qaldırılması üçün bu barədə təklif göndərən sahibkarlıq subyektinə bildiriş elektron qaydada təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
3.3-6. Təklif təqdim edən sahibkarlıq subyekti bildirişi aldığı tarixdən ən geci 10 (on) iş günü müddətində həmin çatışmazlıqları aradan qaldırmalıdır. Təklifdə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqlar 10 (on) iş günü müddətində aradan qaldırılmadıqda idarəedici təşkilat tərəfindən təklifin baxılmamış saxlanılması haqqında qərar qəbul edilir və həmin qərar 2 (iki) iş günü müddətində təklifi təqdim edən sahibkarlıq subyektinə elektron qaydada təqdim olunur və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.”;
1.2.3. 3.4-cü bənd aşağıdakı redaksiyada verilsin:
“3.4. Dövlət tərəfindən yaradılan sənaye məhəlləsi üçün nəzərdə tutulan dövlət mülkiyyətində olan torpaq sahəsi idarəedici təşkilatın daimi istifadəsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin torpaq sahəsini icarəyə vermək hüququ ilə ayrılır. Sənaye məhəlləsinin fəaliyyəti üçün ayrılmış torpaq sahəsi yalnız sənaye məhəlləsinin fəaliyyəti məqsədilə istifadə edilir.”;
1.3. 4-cü hissə üzrə:
1.3.1. 4.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“4.1. Sənaye məhəlləsinin fəaliyyətinin təşkili, idarə olunması və inkişafı idarəedici təşkilat və ya həmin sənaye məhəlləsinin yaradılması barədə qərar qəbul etmiş sahibkarlıq subyekti tərəfindən həyata keçirilir. İdarəedici təşkilat və özəl sənaye məhəlləsinin yaradılması barədə qərar qəbul etmiş sahibkarlıq subyekti həmin sənaye məhəlləsinin fəaliyyətinə görə cavabdehdirlər.”;
1.3.2. aşağıdakı məzmunda 4.1-1-ci və 4.1-2-ci bəndlər əlavə edilsin:
“4.1-1. İdarəedici təşkilat və operator sənaye məhəlləsinin rezidenti kimi fəaliyyət göstərə bilməz. Özəl sənaye məhəlləsinin yaradılması barədə qərar qəbul etmiş sahibkarlıq subyekti və ona aidiyyəti olan şəxslər həmin sənaye məhəlləsinin rezidenti olduqda, onların sayı sənaye məhəlləsinin digər rezidentlərinin ümumi sayından çox ola bilməz.
4.1-2. Sənaye məhəlləsinin daha səmərəli idarə olunmasını təmin etmək məqsədilə dövlət tərəfindən yaradılan sənaye məhəllə-sinə münasibətdə idarəedici təşkilatın, özəl sənaye məhəlləsinə münasibətdə isə onun yaradılması barədə qərar qəbul etmiş sahibkarlıq subyektinin müsabiqə əsasında operator cəlb etmək hüququ vardır. Operatorun müsabiqə əsasında seçilməsi bu Əsasnamənin 5 nömrəli əlavəsinə uyğun qaydada həyata keçirilir.”;
1.3.3. 4.3-cü bənddə “Sənaye məhəlləsinin infrastrukturu və sənaye məhəlləsinin” sözləri “Dövlət tərəfindən yaradılan sənaye məhəlləsinin infrastrukturu və onun” sözləri ilə əvəz edilsin;
1.3.4. 4.4-cü bənddə “Sənaye məhəlləsinin ərazisində sənaye məhəlləsinin rezidentinin” sözləri “Özəl sənaye məhəlləsinin yaradıl-ması barədə qərar qəbul etmiş sahibkarlıq subyektinin və sənaye məhəlləsinin rezidentinin” sözləri ilə, “rezidentin” sözü isə “müvafiq olaraq həmin sahibkarlıq subyektinin və rezidentin” sözləri ilə əvəz edilsin;
1.4. 5-ci hissə üzrə:
1.4.1. 5.1.1-ci yarımbəndə “sənaye” sözündən əvvəl “dövlət tərəfindən” sözləri əlavə edilsin;
1.4.2. 5.1.2-ci yarımbəndə “təşkilata” sözündən sonra “və özəl sənaye məhəlləsinin yaradılması barədə qərar qəbul etmiş sahibkarlıq subyektinə və ya operatora” sözləri əlavə edilsin;
1.5. 6-cı hissə üzrə:
1.5.1. 6.1.1-ci, 6.1.9-cu və 6.1.10-cu yarımbəndlərə “sənaye” sözündən əvvəl “dövlət tərəfindən yaradılan” sözləri əlavə edilsin;
1.5.2. 6.1.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“6.1.2. sənaye məhəlləsinin rezidenti kimi qeydiyyata alınmaq üçün müraciət edən ərizəçilərin investisiya layihəsini (bundan sonra - layihə) qiymətləndirir və nəticələrinə əsasən onlara sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsini verir, sənaye məhəllələrinin və onların rezidentlərinin qeydiyyatını (reyestrini) aparır;”;
1.5.3. 6.1.3-cü yarımbənddə “sənaye məhəlləsinin ərazisində dövlət və bələdiyyə mülkiyyətində” sözləri “dövlət tərəfindən yaradılan sənaye məhəlləsinin fəaliyyəti üçün ayrılmış torpaq sahələrini və orada” sözləri ilə əvəz edilsin;
1.5.4. aşağıdakı məzmunda 6.1.3-1-ci yarımbənd əlavə edilsin:
“6.1.3-1. dövlət tərəfindən yaradılan sənaye məhəlləsinin rezidentlərinin istifadəsində (mülkiyyətində) olan torpaq sahələrinin və digər daşınmaz əmlakların onun yeni rezidentlərinə icarəyə (subicarəyə) verilməsinin sənaye məhəlləsinin fəaliyyətinə uyğunluğunu müəyyən edir;”;
1.5.5. 6.1.4-cü yarımbəndə “səlahiyyətli orqana” sözlərindən sonra “və özəl sənaye məhəlləsinin yaradılması barədə qərar qəbul etmiş sahibkarlıq subyektinə” sözləri əlavə edilsin;
1.5.6. aşağıdakı məzmunda 6.1.4-1-ci yarımbənd əlavə edilsin:
“6.1.4-1. dövlət tərəfindən yaradılan sənaye məhəlləsinin idarə olunması üçün müsabiqə əsasında operatoru seçir, onunla idarəetmə sazişi bağlayır və operator tərəfindən idarəetmə sazişindən irəli gələn vəzifələrin icrasına nəzarət edir;”;
1.5.7. 6.1.11-ci yarımbəndə “sahibkarlıq” sözündən əvvəl “sənaye məhəlləsində” sözləri, “keçirilməsi” sözündən sonra “və” sözü əlavə edilsin;
1.5.8. aşağıdakı məzmunda 6.3-cü və 6.4-cü bəndlər əlavə edilsin:
“6.3. Özəl sənaye məhəllələrinə münasibətdə bu Əsasnamənin 6.1.1-ci, 6.1.3-cü, 6.1.3-1-ci, 6.1.4-1-ci, 6.1.5-ci, 6.1.6-cı, 6.1.8-ci, 6.1.9-cu, 6.1.10-cu, 6.2.2-ci və 6.2.3-cü yarımbəndlərində nəzərdə tutulmuş vəzifə və hüquqlar həmin sənaye məhəlləsinin yaradılması barədə qərar qəbul etmiş sahibkarlıq subyekti tərəfindən həyata keçirilir. Özəl sənaye məhəlləsinin fəaliyyəti barədə illik hesabat onun yaradılması barədə qərar qəbul etmiş sahibkarlıq subyekti tərəfindən idarəedici təşkilata təqdim olunur.
6.4. Sənaye məhəlləsinin idarə olunması üçün müsabiqə əsasında operator seçilə və idarəetmə sazişinə əsasən sənaye məhəlləsinin idarəetmə və təsərrüfat fəaliyyətinin icrası ilə bağlı bu Əsasnamənin 6.1.1-ci, 6.1.4-cü (dövlət tərəfindən yaradılan sənaye məhəllələrinə münasibətdə), 6.1.6-cı, 6.1.9-cu, 6.1.11-ci, 6.2.2-ci və 6.2.3-cü yarımbəndlərində nəzərdə tutulmuş funksiyaların həyata keçirilməsi ona həvalə edilə bilər. Operator seçildiyi halda onunla idarəetmə sazişinin imzalanması və operator tərəfindən idarəetmə sazişindən irəli gələn vəzifələrin icrasına nəzarəti dövlət tərəfindən yaradılan sənaye məhəllələrinə münasibətdə idarəedici təşkilat, özəl sənaye məhəllələrinə münasibətdə isə həmin sənaye məhəlləsinin yaradılması barədə qərar qəbul etmiş sahibkarlıq subyekti həyata keçirir.”;
1.6. aşağıdakı məzmunda 7.1.1-1-ci yarımbənd əlavə edilsin:
“7.1.1-1. sənaye məhəlləsinin idarə edilməsinə (onun infrastruk-turdan və istehsal sahələrindən istifadəyə), həmçinin göstərilən xidmətlərə görə alınan haqlardan;”;
1.7. 8.8-ci bəndin ikinci cümləsinə “məhəlləsinin” sözündən sonra “və onun” sözləri əlavə edilsin;
1.8. 9-cu hissə üzrə:
1.8.1. 9.1-ci bənddə (birinci halda) “Sənaye” sözü “Dövlət tərəfindən yaradılan sənaye” sözləri ilə, “İcarə müqaviləsini” sözləri “icarə (subicarə) müqaviləsini (bu Əsasnamənin 9.1-1-ci bəndinə əsasən torpaq sahəsini və digər daşınmaz əmlakı icarəyə (subicarəyə) götürmüş hüquqi və fiziki şəxslər istisna olmaqla)” sözləri ilə əvəz edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Özəl sənaye məhəlləsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə, tikilinin və (və ya) torpaq sahəsinin icarə (subicarə) müqaviləsi həmin sənaye məhəlləsinin yaradılması barədə qərar qəbul etmiş sahibkarlıq subyekti ilə bağlanılır və onların surəti 10 (on) iş günü müddətində idarəedici təşkilata təqdim olunur.”;
1.8.2. aşağıdakı məzmunda 9.1-1-ci bənd əlavə edilsin:
“9.1-1. Bu Əsasnamənin 6.1.3-1-ci yarımbəndi nəzərə alın-maqla onun rezidentinin istifadəsində (mülkiyyətində) olan torpaq sahəsini və digər daşınmaz əmlakları icarəyə (subicarəyə) götürmüş hüquqi və fiziki şəxslər bu Əsasnamənin 8-ci hissəsi ilə müəyyən olunmuş qaydada sənaye məhəlləsinin rezidenti kimi qeydiyyatdan keçməlidirlər.”;
1.8.3. 9.3-cü bəndin ikinci cümləsinə “təşkilat” sözündən sonra “və özəl sənaye məhəlləsinin yaradılması barədə qərar qəbul etmiş sahibkarlıq subyekti” sözləri əlavə edilsin;
1.8.4. 11.1-ci bənddə “ərazisində dövlət və bələdiyyə mülkiyyə-tində olan” sözləri “fəaliyyəti üçün ayrılmış” sözləri ilə, “idarəedici təşkilat” sözləri isə “müvafiq olaraq idarəedici təşkilat və özəl sənaye məhəlləsinin yaradılması barədə qərar qəbul etmiş sahibkarlıq subyekti” sözləri ilə əvəz edilsin;
1.9. 12.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“12.1. Sənaye məhəlləsinin yaradılması və fəaliyyətinin təşkili dövlət tərəfindən yaradılan sənaye məhəllələrinə münasibətdə dövlət büdcəsinin vəsaiti, idarəedici təşkilatın əldə etdiyi gəlirlər və qanunla qadağan olunmayan digər mənbələr, özəl sənaye məhəllələrinə münasibətdə isə onun yaradılması barədə qərar qəbul etmiş sahibkarlıq subyektinin gəlirləri və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.”;
1.10. 13.3-cü bəndin birinci cümləsində “onun idarəedici təşkilatının” sözləri “idarəedici təşkilatın və özəl sənaye məhəlləsinin yaradılması barədə qərar qəbul etmiş sahibkarlıq subyektinin” sözləri ilə əvəz edilsin;
1.11. 2 nömrəli əlavə - “Qeydiyyat şəhadətnaməsinin forması” üzrə:
1.11.1. adında “Qeydiyyat” sözü “Rezidentin qeydiyyat” sözləri ilə əvəz edilsin;
1.11.2. “QEYDİYYAT ŞƏHADƏTNAMƏSİ” sözlərindən əvvəl “REZİDENTİNİN” sözü əlavə edilsin;
1.12. 3 nömrəli əlavə - “Sənaye məhəlləsinin rezidentlərinin reyestrinin aparılması Qaydası” üzrə:
1.12.1. adına, 1.1-ci və 1.2-ci bəndlərə “məhəlləsinin” sözündən sonra “və onun” sözləri əlavə edilsin;
1.12.2. 2-ci hissə üzrə:
1.12.2.1. aşağıdakı məzmunda 2.4-1-ci bənd əlavə edilsin:
“2.4-1. Özəl sənaye məhəlləsi barədə məlumatlar onun yaradılması ilə bağlı qərar qəbul etmiş sahibkarlıq subyektinin təklifinə, dövlət tərəfindən yaradılan sənaye məhəlləsi haqqında məlumatlar isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən onun yaradılmasına dair qəbul edilmiş qərara əsasən Reyestrə daxil edilir.”;
1.12.2.2. 2.5.1-ci yarımbənddə “rezident olan hüquqi şəxslər” sözləri “sənaye məhəllələri” sözləri ilə əvəz edilsin;
1.12.2.3. 2.5.2-ci yarımbəndə “olan” sözündən sonra “hüquqi şəxslər və” sözləri əlavə edilsin;
1.12.2.4. 2.5.3-cü yarımbənddə “rezidentin” sözü “sənaye məhəlləsinin və onun rezidentinin” sözləri ilə əvəz edilsin;
1.12.2.5. 2.5.5-ci yarımbənddə “məhəlləsində” sözü “məhəllə-sinin və onun rezidenti kimi” sözləri ilə əvəz edilsin;
1.12.2.6. aşağıdakı məzmunda 2.5-1-ci, 2.6-1-ci və 2.7-1-ci bəndlər əlavə edilsin:
“2.5-1. Reyestrə sənaye məhəlləsinə dair aşağıdakı məlumatlar daxil edilir:
2.5-1.1. yaradılması barədə aktın tarixi, nömrəsi və növü;
2.5-1.2. adı, yaradılmasının məqsədi və fəaliyyət profili;
2.5-1.3. ərazisinin ölçüsü və yerləşdiyi inzibati ərazi vahidi;
2.5-1.5. məlumatın reyestrdə qeydiyyat tarixi və nömrəsi;
2.5-1.6. reyestrə daxil edilmiş məlumatlarda dəyişikliklər barədə qeyd.”;
“2.6-1. Dövlət sənaye məhəlləsinin yaradılması barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən qərar qəbul edildikdən, özəl sənaye məhəlləsi isə idarəedici təşkilat tərəfindən qeydiyyata alındıqdan sonrakı 10 (on) iş günündən gec olmayaraq, bu barədə məlumatlar reyestrə daxil edilir.”;
“2.7-1. Sənaye məhəlləsinə vahid və təkrarolunmaz 5 (beş) rəqəmdən ibarət qeydiyyat nömrəsi verilir. Qeydiyyat nömrəsindəki ilk 3 (üç) rəqəm sənaye məhəlləsinin reyestrdəki sıra nömrəsini, növbəti iki rəqəm qeydiyyata alındığı ilin son iki rəqəmini göstərir. Qeydiyyat nömrəsi reyestrdə və reyestrdən çıxarışda əks olunur.”;
1.12.2.7. 2.9-cu bəndə “məhəlləsinin” sözündən sonra “və onun” sözləri əlavə edilsin və həmin bənddə “onun” sözü “onların” sözü ilə əvəz edilsin;
1.12.2.8. 2.10-cu bəndin birinci cümləsinə “baş verdikdə,” sözlərindən sonra “özəl sənaye məhəlləsinin qeydiyyatı ilə bağlı təklif təqdim edən sahibkarlıq subyekti, habelə” sözləri əlavə edilsin;
1.12.2.9. 2.12-ci bəndə “o cümlədən” sözlərindən sonra “özəl sənaye məhəlləsinin qeydiyyatı ilə bağlı təklif təqdim edən və” sözləri əlavə edilsin;
1.12.2.10. 2.13-cü bənddə “və rezidentin sənaye məhəlləsində” sözləri “, sənaye məhəlləsinin və onun rezidentinin” sözləri ilə əvəz edilsin;
1.12.2.11. 2.14-cü bənddə “məhəlləsində rezident” sözləri “məhəlləsinin və onun rezidenti” sözləri ilə əvəz edilsin;
1.12.3. 3-cü hissə üzrə:
1.12.3.1. 3.1-ci bənddə “Sənaye” sözü “Özəl sənaye məhəlləsinin qeydiyyatı ilə bağlı təklif təqdim edən sahibkarlıq subyekti və sənaye” sözləri ilə, “məhəlləsində” sözü isə “məhəlləsinin və onun rezidenti kimi” sözləri ilə əvəz edilsin;
1.12.3.2. 3.3-cü bəndin ikinci cümləsinə “rezident olan” sözlərindən əvvəl “özəl sənaye məhəlləsinin qeydiyyatı ilə bağlı təklif təqdim edən sahibkarlıq subyekti və” sözləri əlavə edilsin;
1.12.4. 4.1-ci bənddə “və sənaye məhəlləsində” sözləri “, həmçinin sənaye məhəlləsinin və onun rezidenti kimi” sözləri ilə, “saxlanılmaq” sözü “mühafizə edilmək” sözləri ilə əvəz edilsin;
1.13. 4 nömrəli əlavə - “Sənaye məhəlləsinin idarəedici təşkilatı ilə rezidenti arasında bağlanılan sənaye məhəlləsinin ərazisində dövlət mülkiyyətində olan tikilinin və (və ya) torpaq sahəsinin İcarə Müqaviləsi” üzrə:
1.13.1. adı aşağıdakı redaksiyada verilsin:
“Sənaye məhəlləsinin ərazisində olan tikilinin və (və ya) torpaq sahəsinin rezidentə icarəyə (subicarəyə) verilməsinə dair İcarə (Subicarə) Müqaviləsinin NÜMUNƏVİ FORMASI”;
1.13.2. preambula hissəsində “sənaye məhəlləsinin idarəedici təşkilatının” sözləri “dövlət tərəfindən yaradılan sənaye məhəlləsinin idarəedici təşkilatının və ya özəl sənaye məhəlləsinin yaradılması barədə qərar qəbul etmiş sahibkarlıq subyektinin” sözləri ilə əvəz edilsin;
1.13.3. 1-ci hissə üzrə:
1.13.3.1. 1.1.2-ci yarımbəndə “Prezidenti” sözündən sonra “və ya sahibkarlıq subyekti” sözləri əlavə edilsin;
1.13.3.2. 1.1.4-cü yarımbəndə “idarəedici təşkilatı” sözlərindən sonra “və ya yaradılması barədə qərar qəbul etmiş sahibkarlıq subyekti” sözləri əlavə edilsin;
1.13.3.3. 1.1.5-ci və 1.1.6-cı yarımbəndlərdə “dövlət mülkiyyətində” sözləri “sənaye məhəlləsində” sözləri ilə əvəz edilsin;
1.14. 2-ci hissə üzrə:
1.14.1. 2.1-ci bənddə “dövlət mülkiyyətində” sözləri “sənaye məhəlləsində” sözləri ilə əvəz edilsin;
1.14.2. 2.2-ci bəndin ikinci cümləsində “razılığı olmadan” sözləri “yazılı razılığı olmadan digər şəxslərə subicarəyə verilməsinə,” sözləri ilə əvəz edilsin;
1.15. “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”yə 5 nömrəli əlavə - “Sənaye məhəlləsinin operatorunun müsabiqə əsasında seçilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri