“Növbədənkənar parlament seçkiləri ilə bağlı çap olunan bülletenlərdə 991 namizədin adı var”. “Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının sədrinin müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, artıq seçki prosesinin son mərhələsidir: “Komissiyanın qərarı ilə 6.516.567 seçki bülleteni çap olunub. Bülletenlərdə 991 namizədin adı qeyd edilib. Bu o deməkdir ki, sentyabrın 1-də keçirilən seçki prosesində elektoratın geniş seçim imkanı var”.
MSK rəsmisi onu da bildirib ki, bu vaxta qədər namizədlərin təşviqat kampaniyası bir-birinə qarşılıqlı hörmət şəraitində və sakit atmosferdə keçib.
XQ