№ 324 Bakı şəhəri, 1 iyul 2024-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 may tarixli 165 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydaları”nda və 2023-cü il 25 may tarixli 166 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məhkəmə eksperti şəhadətnaməsinin verilməsi qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1062-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1997-ci il 25 iyul tarixli 622 nömrəli, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 15 yanvar tarixli 252 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 25 yanvar tarixli 2452 nömrəli Fərmanının 3-cü hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il
25 may tarixli 165 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 5, maddə 732 (Cild I) ilə təsdiq edilmiş “Məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydaları”nın 1.5-ci bəndinə “Səhiyyə Nazirliyinin” sözlərindən sonra “, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 may tarixli 166 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 5, maddə 733 (Cild I) ilə təsdiq edilmiş “Məhkəmə eksperti şəhadətnaməsinin verilməsi qaydası”nın 1.2-ci bəndinə “Səhiyyə Nazirliyi” sözlərindən sonra “, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi” sözləri əlavə edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri