№ 323 Bakı şəhəri, 29 iyun 2024-cü il
“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədləri və mühafizə zonasının və ərazisinin xüsusi rejiminin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 21 fevral tarixli 15 nömrəli Sərəncamının 2.1-ci və 2.2-ci bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədləri və mühafizə zonası” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisinin xüsusi rejimi” təsdiq edilsin (2 nömrəli əlavə).
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri