Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 322 Bakı şəhəri, 28 iyun 2024-cü il 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəs­sisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə 

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Res­publikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 1998-ci il 27 aprel tarixli 93 nöm­rəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, mad­də 301 (Cild I) ilə təsdiq edilmiş “Özəlləş­dirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yer­ləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”də aşağıda­kı dəyişikliklər edilsin:

1. 2-ci hissə ləğv edilsin.

2. 3-cü hissəyə “6 zonaya,” sözlərin­dən sonra “Abşeron rayonu 3 zonaya,” sözləri əlavə edilsin və həmin hissədə “Əli Bayramlı” sözləri “Şirvan” sözü ilə əvəz edilsin.

3. 5-ci hissədə “altında yerləşən” söz­ləri “yerləşdiyi” sözü ilə əvəz edilsin.

4. 6-cı hissədə “Sərbəst torpaq” söz­ləri “Torpaq” sözü ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları