Böyük Britaniyanın Leyboristlər Partiyası parlament seçkilərində qalib gələrək İcmalar Palatasında (parlamentin aşağı palatası) 650 yerdən 326-nı qazanıb. TASS bu barədə səslərin hesablanmasının nəticələrinə istinadən xəbər verir.
Səslərin hesablanması Bakı vaxtı ilə saat 10:00-a qədər davam edəcək. 2010-cu ildən hakimiyyətdə olan Mühafizəkarlar Partiyasının hazırda cəmi 71 mandatı var.
Leyboristlər Partiyasının lideri Kir Starmer artıq dərhal ölkəni yaxşılığa doğru dəyişməyə başlayacağına söz verib.
Bundan əvvəl Böyük Britaniyanın baş naziri Rişi Sunak Leyboristlər Partiyasının liderini qələbə münasibətilə təbrik edib.
İndi Sunak vəzifəsini tərk edəcək və krallıqda yeni hökumət qurulacaq.
S.ELAY
XQ