Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 325 Bakı şəhəri, 1 iyul 2024-cü il

“Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülə­rin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərni­şin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara və taksi mi­nik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsu­si hazırlığın qiymətləndirilməsinin nəticələrinə dair sənədin forması və qiymətləndirilmənin aparılmasına görə haqqın məbləği”nin təsdiq edil­məsi haqqında

“Avtomobil nəqliyyatı haqqında” Azər­baycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 973-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Avtomobil nəqliyyatı haqqında” Azər­baycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2008-ci il 4 iyul tarix­li 792 nömrəli, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun­da dəyişikliklər edilməsi barədə” Azər­baycan Respublikasının 2018-ci il 23 fev­ral tarixli 1016-VQD nömrəli Qanununun tətbiqi və “Yol hərəkəti haqqında” Azər­baycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respub­likası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişiklik­lər edilməsi haqqında” 2018-ci il 17 aprel tarixli 1926 nömrəli, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası­nın Nəqliyyat, Rabitə və Yüksək Texno­logiyalar Nazirliyi yanında Dövlət Avto­mobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhə­rində avtomobil nəqliyyatı ilə sərnişin da­şınması sahəsində idarəetmənin təkmil­ləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşın­ması sahəsində idarəetmənin təkmilləş­dirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişik­lik edilməsi barədə” 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli fərmanlarında də­yişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2300 nömrəli Fərmanının 2.1.7-ci yarımbəndinin icrasını təmin et­mək məqsədilə Azərbaycan Respublika­sının Nazirlər Kabineti qərara alır:

1. “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə dair xüsusi hazırlığının qiymətləndirilməsinin nəticələrinə dair sənədin forması” təsdiq edilsin (1 nömrəli əlavə). 

2. “Taksi minik avtomobillərinin sü­rücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tən­zimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsinin nəticələrinə dair sənədin forması” təsdiq edilsin (2 nömrəli əlavə). 

3. Azərbaycan Respublikasının Döv­lət İmtahan Mərkəzi tərəfindən ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliy­yətinə və davranışına, iş və istirahət re­jiminin xüsusiyyətlərinə dair hazırlıqları­nın, habelə taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tən­zimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıqlarının qiymətləndirilməsi­nin aparılmasına görə haqqın məbləği 35 (otuz beş) manat təsdiq edilsin.

4. Bu Qərar “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürü­cülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən norma­tiv hüquqi aktlara dair hazırlıq üzrə Xüsu­si Proqram”ı bitirmək haqqında müvafiq şəhadətnamələrə malik şəxslərə şəha­dətnamənin etibarlılıq müddətinin sonu­nadək və 2024-cü il 1 iyul tarixinədək “Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliy­yatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazır­lıq” keçmiş şəxslərə şamil edilmir.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları