Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 271 Bakı şəhəri, 22 may 2024-cü il 

“Azərbaycan Respublikasının İnzi­bati Xətalar Məcəlləsinə əsasən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin qurumun hesabına köçürülən vəsaitdən istifadə Qayda­sı”nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Əhalinin sağ­lamlığının qorunması haqqında” Azər­baycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 31 may tarix­li 896-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Preziden­tinin “Əhalinin sağlamlığının qorunma­sı haqqında” Azərbaycan Respublika­sı Qanununun tətbiq edilməsi barədə” 1997-ci il 25 iyul tarixli 622 nömrəli, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2003-cü il 5 iyun tarixli 878 nömrəli, “Əhalinin sağlamlığının qorun­ması haqqında” Azərbaycan Respubli­kasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 29 oktyabr tarixli 790-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2013-cü il 25 noyabr tarixli 38 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 iyul tarixli 2224 nömrəli Fərmanının 5.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respubli­kasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin qurumun hesabına köçürülən və­saitdən istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları