№ 249 Bakı şəhəri, 11 may 2024-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza m・yinəsinə gdərişlərin verilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 1, maddə 69 (Cild l) ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 1.1-ci bənddə “verilməsini” sözü “verilməsi ilə bağlı münasibətləri” sözləri ilə əvəz edilsin.
2. 1.2-ci bənddə “əlçatanlığı” sözü “şəffaflığının və əlçatanlığının təmin edilməsi” sözləri ilə əvəz edilsin.
3. 1.2-1.4-cü bəndlərdə ismin müvafiq hallarında “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri ismin müvafiq hallarında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri ilə əvəz edilsin.
4. 1.5-ci bəndə “əsas” sözündən sonra “şərtlər” sözü əlavə edilsin.
5. 1.5.2-ci yarımbənddə “əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin” sözləri “bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin” sözləri ilə əvəz edilsin.
6. 1.5.3-cü yarımbəndə “xəstəliklərin” sözündən sonra “bu Qaydaya 2 nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla” sözləri əlavə edilsin.
7. 1.5.4-cü yarımbənddə “faizinin” sözü “dərəcəsinin” sözü ilə əvəz edilsin.
8. Aşağıdakı məzmunda 1.6-cı bənd əlavə edilsin:
“1.6. Bu Qaydanın 1.5-ci bəndində göstərilən əsas şərtlər mövcud olmadıqda, habelə şəxs bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda zəruri diaqnostik müayinələrdən keçməkdən imtina etdikdə Komissiya göndəriş verməkdən imtina edir.”.
9. 2.3-cü bənddə “3 (üç) iş günü müddətindən gec olmayaraq” sözləri “dərhal” sözü ilə əvəz edilsin.
10. 2.4-cü bəndə “olduğu yerdə” sözlərindən əvvəl “ölkə hüdudları daxilində” sözləri əlavə edilsin.
11. 2.5-ci bənddə “həmin gün” sözləri “qərarın qəbul edildiyi gündən sonra 5 (beş) iş günü müddətindən gec olmayaraq” sözləri ilə əvəz edilsin.
12. 2.8-ci bənddə “1.5-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, digər” sözləri “1.6-cı bəndində nəzərdə tutulan” sözləri ilə əvəz edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri