№ 236 Bakı şəhəri 1 may 2024-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 745 (Cild I); 2024, № 1, maddə 111) ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 1.2.12-ci yarımbənddən “, sərnişinlərə xidmət göstərilməsini, habelə sərnişinlərdən gediş haqqının və baqajın (əl yükünün) daşınması haqqının yığılmasını təmin edən” sözləri çıxarılsın.
2. 2.10-cu bənd ləğv edilsin.
3. 4.3-cü bənd aşağıdakı redaksiyada verilsin:
“4.3. Müntəzəm marşrutların açılmasına yalnız onların keçəcəyi yolların vəziyyəti, hərəkətin təhlükəsizliyinin, habelə bu marşrutlarda istismar ediləcək avtonəqliyyat vasitələrinin daşımalara yararlığının təmin olunması baxımından Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Şuşa şəhərinin ərazisində müntəzəm şəhərdaxili sərnişindaşımaya münasibətdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və BDYPİ tərəfindən birgə yoxlanıldıqdan sonra icazə verilir. Yoxlamanın nəticələri aktla rəsmiləşdirilir və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Şuşa şəhərinin ərazisində müntəzəm şəhərdaxili sərnişindaşımaya münasibətdə isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən zəruri məlumatlar göstərilməklə marşrutun pasportu hazırlanaraq təsdiq edilir.”.
4. 4.10-cu bənddən “Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazilərində
müvafiq qurumlar, Azərbaycan Respublikasının digər ərazilərində isə” sözləri çıxarılsın və həmin bənddə “Nazirliyi” sözü “Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Şuşa şəhərinin ərazisində müntəzəm şəhərdaxili sərnişindaşımaya münasibətdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” sözləri ilə əvəz edilsin.
5. 4.12-ci bənddə “10 gün” sözləri “15 iş günü” sözləri ilə əvəz edilsin.
6. 4.13-cü bənddə “3 gün” sözləri “7 iş günü” sözləri ilə əvəz edilsin.
7. 4.15-ci bənddə “sərnişin və” sözləri “müntəzəm sərnişin, eləcə də” sözləri ilə əvəz edilsin.
8. 4.27-ci bəndin ikinci cümləsində və 6.34-cü bəndin birinci cümləsində “Cədvəldə” sözü “Hərəkət cədvəlində” sözləri ilə əvəz edilsin.
9. 6.3-cü bənd aşağıdakı redaksiyada verilsin:
“6.3. Şəhərdaxili (rayondaxili) müntəzəm marşrutlar üzrə sərnişin daşınması üçün gediş biletlərinin və ödəniş alətinin satışı, o cümlədən ödəniş alətinə vəsaitin yüklənilməsi satış məntəqələrində, bilet kassalarında və elektron qaydada “AYNA” informasiya sistemi üzərindən həyata keçirilir.”.
10. 6.4-cü bəndin ikinci cümləsi çıxarılsın.
11. 6.5-ci bənd aşağıdakı redaksiyada verilsin:
“6.5. Şəhərlərarası (rayonlararası) və beynəlxalq müntəzəm marşrutlar üzrə biletlərin satışı avtovağzalların (avtostansiyaların) kassaları tərəfindən, eləcə də elektron qaydada “AYNA” informasiya sistemi üzərindən həyata keçirilir. Biletlər yalnız qeyd olunmuş günə və avtobus reysinə etibarlı sayılır.
Sərnişinlərdə biletlərin və ya digər gediş sənədlərinin olması sürücü, yaxud konduktor tərəfindən sərnişinlər avtobusun salonuna daxil olduqda yoxlanılır.”.
12. 6.6-cı bənd aşağıdakı redaksiyada verilsin:
“6.6. Daşıyıcı bilet satışını avtovağzalın (avtostansiyanın) kassaları vasitəsilə, eləcə də elektron qaydada “AYNA” informasiya sistemi üzərindən həyata keçirdikdə, bilet satışından əldə olunan gəlirin müqavilə ilə müəyyən olunmuş müvafiq faizini, avtovağzalın (avtostansiyanın) sərnişin daşınma-sının təşkili ilə bağlı xərclərinin qarşılanması üçün avtovağzalın (avtostansiyanın) hesabına köçürür. Müqavilə üzrə faiz məbləği I kateqoriya avtovağzallar üzrə 22%-dək, II kateqoriya avtovağzallar üzrə 18%-dək I kateqoriya avtostansiyalar üzrə 15%-dək, II və III kateqoriya avtostansiyalar üzrə isə 10%-dək olmaqla müəyyən edilə bilər.”.
13. 6.9-cu bəndin ikinci abzası çıxarılsın.
14. 6.10.3-cü yarımbənddə “qiyməti” sözü “gediş haqqı” sözləri ilə əvəz edilsin.
15. 6.12-ci bəndə “biletin” sözündən sonra “(“AYNA” informasiya sistemi üzərindən elektron qaydada alınmış biletlər istisna olmaqla) sözləri əlavə edilsin.
16. 6.17-ci bəndin birinci cümləsi çıxarılsın və ikinci cümləsinə “biletləri” sözündən sonra “kassalarda və ya satış məntəqələrində” sözləri əlavə edilsin.
17. 6.19-cu bənd ləğv edilsin.
18. 6.20-ci bənd aşağıdakı redaksiyada verilsin:
“6.20. Müntəzəm şəhərlərarası (rayonlararası) və beynəlxalq sərnişin daşımalarında biletlərin əvvəlcədən satışı təşkil edilə bilər.”.
19. 6.22-ci bənd aşağıdakı redaksiyada verilsin:
“6.22. Beynəlxalq və şəhərlərarası (rayonlararası) müntəzəm daşımalarda biletlərin kassalarda satışından aşağıdakı hallarda imtina edilə bilər:”.
20. 6.24-cü bənd aşağıdakı redaksiyada verilsin:
“6.24. Beynəlxalq və şəhərlərarası (rayonlararası) müntəzəm avtobus marşrutları üzrə gediş sənədinin aralıq dayanacaq məntəqələri üzrə satışı avtobusda boş yerlərin olması barədə məlumatın alındığı vaxtdan kassalarda və ya “AYNA” informasiya sistemi üzərindən həyata keçirilir.”.
21. 6.25-ci bənd aşağıdakı redaksiyada verilsin:
“6.25. Gediş sənədinin (biletlərin) əvvəlcədən satışı avtobusun yola düşməsinə 30 gün qalmış başlayır və 2 saat qalmışadək davam edir. Avtobusun yola düşməsinə 30 dəqiqə qalmış biletlərin kassalarda, satış məntəqələrində və ya “AYNA” informasiya sistemi üzərindən satışı dayandırılır.”.
22. 6.26-cı bənd ləğv edilsin.
23. 6.32-ci bənd aşağıdakı redaksiyada verilsin:
“6.32. Bilet müntəzəm beynəlxalq marşrutlarda işləyən avtobusların yola düşməsinə ən azı 24 saat qalmış qaytarıldıqda onun dəyərinin 25 faizi və əvvəlcədən satışa görə komisyon muzd çıxılmaqla ödənilmiş gediş haqqı sərnişinə qaytarılır. Bilet bu müddətdən gec, lakin avtobusun yola düşməsinə 5 saatdan çox olmayan vaxt ərzində qaytarıldıqda, onun dəyərinin 50 faizi və əvvəlcədən satışa görə komisyon muzd çıxılmaqla ödənilmiş gediş haqqı sərnişinə qaytarılır.”.
24. 6.35-ci bəndin birinci cümləsində “1 gün” sözləri “3 iş günü” sözləri ilə əvəz edilsin və həmin bəndin üçüncü cümləsinə “daşınması haqqı” sözlərindən sonra “3 iş günü ərzində” sözləri əlavə edilsin.
25. 6.36-cı bənddə “qət edilməmiş məsafəyə görə ödənilmiş məbləğ” sözləri “gediş haqqı” sözləri ilə “ucbatından” sözü “səbəbindən” sözü ilə əvəz edilsin, həmin bənddən “və sərnişində gecikdiyi reysə olan bilet gələn reys üçün yenidən rəsmiləşdirilmir” sözləri çıxarılsın.
26. 8.2.2-ci yarımbəndə “yoxlanılmasını” sözündən sonra “və həmin şəraitə uyğun istismar olunacaq avtobusun təqdim edilməsini” sözləri əlavə edilsin.
27. 8.2.3-cü yarımbənd ləğv edilsin.
28. 8.17-ci bənd aşağıdakı redaksiyada verilsin:
“8.17. Növbələrarası istirahəti 12 saatdan az olan sürücülərin avtonəqliyyat vasitələri ilə uşaq qruplarının daşınması üçün reysə çıxmasına yol verilmir.”.
29. 11.3.3-cü yarımbənddə “cədvələ” sözü “hərəkət cədvəlinə” sözləri ilə əvəz edilsin.
30. 11.3.7-ci yarımbənddən “, habelə bilavasitə sərnişin avtonəqliyyat vasitəsində satışını” sözləri çıxarılsın.
31. 12.1.1-ci yarımbənddən “bilet kassaları olmadıqda gediş sənədlərinin (biletlərin) və” sözləri çıxarılsın.
32. 13.2-ci bənddən “Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazilərində müvafiq qurumlar, Azərbaycan Respublikasının digər ərazilərində isə” sözləri çıxarılsın və həmin bənddə “səlahiyyətli qurumu” sözləri “tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Şuşa şəhərinin ərazisində müntəzəm şəhərdaxili sərnişindaşımaya münasibətdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” sözləri ilə əvəz edilsin.
33. 13.2.5-ci yarımbənddən “Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazilərində müvafiq qurumların, Azərbaycan Respublikasının digər ərazilərində isə” sözləri çıxarılsın və həmin bənddə “səlahiyyətli qurumunun” sözləri “tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Şuşa şəhərinin ərazisində müntəzəm şəhərdaxili sərnişindaşımaya münasibətdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin” sözləri ilə əvəz edilsin.
34. 16.1-ci bənddən “Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazilərində müvafiq qurumlar, Azərbaycan Respublikasının digər ərazilərində” sözləri çıxarılsın və həmin bəndə “Nəqliyyat Nazirliyi” sözlərindən sonra “, Şuşa şəhərinin ərazisində müntəzəm şəhərdaxili sərnişindaşımaya münasibətdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” sözləri əlavə edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri