Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 229 Bakı şəhəri, 24 aprel 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizam­namə kapitalında dövlətin payı olan müəs­sisələrin balansında olan yararsız hala düş­müş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satı­şı üzrə Qaydalar”da dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2004-cü il 6 noyabr tarixli 177 nöm­rəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 965 (Cild I) ilə təsdiq edilmiş “Dövlət müəs­sisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həm­çinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qayda­lar”da aşağıdakı dəyişikliklər edilsin:

1. 2.5-ci bəndin birinci cümləsində “25,0 milyon” sözləri “5000” rəqəmləri ilə əvəz edilsin və həmin bəndin ikinci cümləsində “Əmlak Məsələləri Dövlət Komitəsinin” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əm­lak Məsələləri Dövlət Xidmətinin (bundan sonra – Xidmət)” sözləri ilə əvəz edilsin.

2. 2.6-cı bənddə “25,0 milyon” sözləri “5000” rəqəmləri ilə və həmin bənddə “Əm­lak Məsələləri Dövlət Komitəsindən” sözləri “Xidmətdən” sözü ilə əvəz edilsin.

3. 2.7-ci bənddə “avtomobil nəqliyyatı” sözləri “daşınmaz dövlət əmlakı və nəqliy­yat” sözləri ilə, həmin bənddə və 2.8-ci bən­din birinci abzasında ismin müvafiq halla­rında “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ismin müvafiq hallarında “Xidmət” sözü ilə əvəz edilsin.

4. 2.9-cu bəndin birinci abzasında “gün­dən gec olmayaraq” sözləri “gün müddətin­də, əlavə araşdırma tələb edilən hallarda isə 15 gün müddətinə uzadılmaqla” sözləri ilə və həmin bəndin birinci və ikinci abzasla­rında “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Xidmət” sözü ilə əvəz edilsin.

5. Aşağıdakı məzmunda 2.9-1-ci bənd əlavə edilsin:

“2.9-1. Təqdim edilmiş sənəd və məlu­matların ilkin təhlili zamanı balansdan silin­məsi nəzərdə tutulan əsas vəsaitlərin istis­mara və digər sahələrdə istifadəyə yararlılığı müəyyən edildiyi halda, həmin əsas vəsaitlə­rin (fondların) səmərəli istifadə imkanlarının araşdırılması məqsədilə bu Qaydanın 2.9-cu bəndi ilə müəyyən edilmiş müddət ərzində yerində baxış keçirilir və baxış aktı tərtib edilir. Balansdan silinməsi nəzərdə tutulan əsas vəsaitlərə (fondlara) baxış keçirilməsi üçün zəruri şərait yaradılması balanssaxlayı­cı tərəfindən təmin edilir.

Xidmətin rəsmi qaydada müsbət rəyi alınanadək silinməyə təqdim edilmiş əsas vəsaitlərin mövcud vəziyyətinin qorunub saxlanılmasına görə balanssaxlayıcı mülki məsuliyyət daşıyır.

Balansdan silinməsi nəzərdə tutulan daşınmaz dövlət əmlakının vəziyyətinin qə­naətbəxş və səmərəli istifadə imkanlarının olduğu müəyyən edilərsə, balanssaxlayıcı və Xidmət tərəfindən həmin daşınmaz döv­lət əmlaklarının səmərəli istifadəsinin təmin edilməsi istiqamətində Azərbaycan Respub­likası Prezidentinin 2007-ci il 6 iyun tarix­li 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmla­kının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”na uyğun olaraq zəru­ri tədbirlər görülür.

Balansdan silinməsi nəzərdə tutulan da­şınar dövlət əmlakının (o cümlədən nəqliy­yat vasitələrinin və ya onların hissələrinin) tərtib edilmiş baxış aktına əsasən istifadəyə və ya satışa yararlı olması müəyyən edilərsə, həmin əmlakın açıq hərrac yolu ilə satışı hə­yata keçirilir.”.

6. 2.11-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.11. Azərbaycan Respublikasının Pre­zidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, xüsusi əhəmiyyətli əsas və­saitlərin (fondların) silinməsi barədə Xidmət tərəfindən rəy Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılmaqla verilir.

Xüsusi əhəmiyyətli əsas vəsaitlərin (fondların) silinməsinin razılaşdırılması məqsədilə zəruri sənəd və məlumatlar Azər­baycan Respublikasının İqtisadiyyat Nazir­liyi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.”.

7. 2.14-cü bənddə “Azərbaycan Respub­likası Əmlak Məsələləri Dövlət Komitəsi­nin” sözləri “Xidmətin” sözü ilə əvəz edilsin. 

8. Aşağıdakı məzmunda 3.5-ci bənd əlavə edilsin:

“3.5. Əsas vəsaitlərin (fondların) sökün­tüsündən əldə edilən mal-materialların və metal qırıntılarının satışından sonra 10 (on) iş günü müddətində təsdiqedici sənəd və mə­lumatlar balanssaxlayıcı və ya baş idarəetmə orqanı tərəfindən Xidmətə təqdim edilir.”.

9. Həmin Qaydalara 1 nömrəli əlavədə “ƏMLAKIN (QİYMƏTLİLƏRİN) LƏĞVİ AKTI” cədvəlinə “Məbləği” sütunundan sonra “Qalıq balans dəyəri” sütunu əlavə edilsin və həmin əlavənin “Qeyd” hissəsi­nin ikinci abzasında “25 milyon manatadək (25 milyon manatdan yuxarı olduğu halda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq rəyi əsasında)” sözləri “5000 manatadək (5000 manatdan yuxarı olduğu halda Azərbaycan Respubli­kası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq rəyi əsasında)” sözləri ilə əvəz edilsin.

10. Həmin Qaydalara 2 nömrəli əlavə­də “AVTOMOBİL NƏQLİYYATI VA­SİTƏLƏRİNİN LƏĞVİ AKTI”nın adında “AVTOMOBİL NƏQLİYYATI” sözləri “NƏQLİYYAT” sözü ilə, mətnində “avto­mobil nəqliyyatı” və “avtonəqliyyat” sözləri “nəqliyyat” sözü ilə əvəz edilsin və həmin əlavənin “Qeyd” hissəsinin ikinci abzasın­da “Əmlak Məsələləri Dövlət Komitəsinin” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əm­lak Məsələləri Dövlət Xidmətinin” sözləri ilə əvəz edilsin.

11. Həmin Qaydalara 3 nömrəli əlavənin “Qeyd” hissəsinin ikinci abzasında “Əm­lak Məsələləri Dövlət Komitəsinin” söz­ləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin” sözləri ilə əvəz edilsin. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları