№ 227 Bakı şəhəri, 24 aprel 2024-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 aprel tarixli 111 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 4, maddə 414 (Cild I); 2024, № 1, maddə 110) ilə təsdiq edilmiş “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın 2.3.10-cu yarımbəndi aşağıdakı redaksiyada verilsin:
“2.3.10. aktiv hava-damcı yolu ilə keçən və ya dəri-zöhrəvi yoluxucu xəstəliklərin olmaması, habelə təhlükəli yoluxucu xəstəliklər və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə, uşağın sağlamlığı haqqında tibbi arayış.”.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 aprel tarixli 112 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 4, maddə 415 (Cild I); 2024, № 1, maddələr 75, 110) ilə təsdiq edilmiş “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın 2.3.10-cu yarımbəndi aşağıdakı redaksiyada verilsin:
“2.3.10. aktiv hava-damcı yolu ilə keçən və ya dəri-zöhrəvi yoluxucu xəstəliklərin olmaması, habelə təhlükəli yoluxucu xəstəliklər və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə, uşağın sağlamlığı haqqında tibbi arayış.”.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri