Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 226 Bakı şəhəri, 24 aprel 2024-cü il

“Azərbaycan Dövlət Aqrar Univer­siteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxsin yaradılması haqqında

“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qa­nununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 759 nömrəli Fərmanının 2.5.2-ci yarımbəndinə uyğun olaraq, Azərbaycan Respublikası Kənd Təsər­rüfatı Nazirliyinin təklifinə əsasən Azər­baycan Respublikasının Nazirlər Kabi­neti qərara alır:

1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliy­yət göstərən “Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdin­də “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxs yaradılsın.

2. Bu Qərarın 1-ci hissəsi ilə yaradı­lan publik hüquqi şəxsin təsisçisinin səla­hiyyətlərinin həyata keçirilməsi aşağıda­kılara həvalə edilsin:

2.1. Azərbaycan Respublikasının Na­zirlər Kabinetinə publik hüquqi şəxsin ye­nidən təşkili və ləğv edilməsi;

2.2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə bu Qərarın 2.1-ci bəndində qeyd edilənlər istisna ol­maqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsi ilə publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həll edilməsi.

3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:

3.1. Gəncə Dövlət Aqrar Kolleci­nin dövlət qeydiyyatına alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görsün;

3.2. bu Qərardan irəli gələn digər məsələləri həll etsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları