Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 174 Bakı şəhəri, 19 mart 2024-cü il

“Azərbaycan Respublikası Prezidenti­nin “Təhsil haqqında” Azərbaycan Respub­likası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli, “Publik hüquqi şəxslər haqqında” Azərbay­can Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 3 fevral tarixli 759 nöm­rəli və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Res­publikasının 2019-cu il 12 iyul tarixli 1657-VQD nömrəli Qanununun tətbiqi və “Av­tomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezi­dentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2019-cu il 28 avqust tarixli 826 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 15 dekabr tarixli 2397 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qə­rarlarında dəyişiklik edilməsi haqqında

“Azərbaycan Respublikası Prezidentinin “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli, “Pub­lik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 3 fevral tarixli 759 nömrəli və “Av­tomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edil­məsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1657-VQD nömrəli Qanununun tətbiqi və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanu­nunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2019-cu il 28 avqust ta­rixli 826 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 15 dekabr tarixli 2397 nömrəli Fərmanının icrasını təmin et­mək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Bakı Dövlət Universitetinin Nizam­naməsi”nin təsdiq edilməsi haqqında” Azər­baycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 172 nömrəli Qəra­rının (Azərbaycan Respublikasının Qanunve­ricilik Toplusu, 2019, № 4, maddə 765 (Cild I) 3-cü hissəsi ləğv edilsin.

2. “Azərbaycan Dövlət İqtisad Univer­sitetinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 avqust tarixli 365 nömrəli Qərarının (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2019, № 8, maddə 1470 (Cild I) 3-cü hissəsi ləğv edilsin.

3. “Azərbaycan Dillər Universitetinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabineti­nin 2019-cu il 10 sentyabr tarixli 401 nöm­rəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 9, maddə 1555 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 3-cü hissə ləğv edilsin;

3.2. həmin Qərarla təsdiq edilmiş “Azər­baycan Dillər Universitetinin Nizamnamə­si”nin 4.3-cü bəndindən “Azərbaycan Res­publikasının Prezidenti ilə razılaşdırmaqla,” sözləri çıxarılsın.

4. “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qay­daları”nın təsdiq edilməsi haqqında” Azər­baycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 8 aprel tarixli 149 nömrəli Qərarın­da (Azərbaycan Respublikasının Qanunveri­cilik Toplusu, 2022, № 4, maddə 397 (Cild I); 2024, № 1, maddə 111) aşağıdakı dəyişik­liklər edilsin;

4.1. preambula aşağıdakı redaksiyada verilsin:

“Avtomobil nəqliyyatı haqqında” Azər­baycan Respublikasının Qanununda dəyişik­lik edilməsi barədə” Azərbaycan Respubli­kasının 2023-cü il 14 iyul tarixli 973-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Avtomobil nəq­liyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2008-ci il 4 iyul tarixli 792 nömrəli, “Yol hərəkə­ti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1016-VQD nömrəli Qanununun tətbiqi və “Yol hərəkəti haqqında” Azərbay­can Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Preziden­tinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqın­da” 2018-ci il 17 aprel tarixli 1926 nömrəli, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yük­sək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyə­tinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nöm­rəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında də­yişiklik edilməsi barədə” 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2300 nömrəli Fərmanının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabine­ti qərara alır:”;

4.2. 2-ci hissə ləğv edilsin;

5. “Bakı Mühəndislik Universitetinin Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabine­tinin 2022-ci il 6 iyun tarixli 223 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qa­nunvericilik Toplusu, 2022, № 6, maddə 664 (Cild I) 3-cü hissəsi ləğv edilsin.

6. “Mingəçevir Dövlət Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respubli­kası Nazirlər Kabinetinin 2022-ci il 9 avqust tarixli 289 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 8, maddə 978 (Cild I) 4-cü hissəsi ləğv edilsin.

7. “Azərbaycan Turizm və Menecment Universitetinin yenidən təşkili və Nizam­naməsinin təsdiq edilməsi haqqında” Azər­baycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 9 avqust tarixli 291 nömrəli Qəra­rının (Azərbaycan Respublikasının Qanunve­ricilik Toplusu, 2022, № 8, maddə 980 (Cild I) 4-cü hissəsi ləğv edilsin.

8. “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yenidən təşkili və Nizam­naməsinin təsdiq edilməsi haqqında” Azər­baycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 12 avqust tarixli 300 nömrəli Qəra­rının (Azərbaycan Respublikasının Qanunve­ricilik Toplusu, 2022, № 8, maddə 987 (Cild I) 4-cü hissəsi ləğv edilsin.

9. “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabineti­nin 2022-ci il 12 avqust tarixli 301 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qa­nunvericilik Toplusu, 2022, № 8, maddə 988 (Cild I) 4-cü hissəsi ləğv edilsin.

10. “Azərbaycan Dövlət Pedaqoji Uni­versitetinin yenidən təşkili və Nizamnamə­sinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 12 avqust tarixli 302 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 8, maddə 989 (Cild I) 4-cü hissəsi ləğv edilsin.

11. “Azərbaycan Dövlət Dəniz Akade­miyasının və onun nəzdində Azərbaycan Də­nizçilik Kollecinin yenidən təşkil edilməsi, Azərbaycan Dövlət Dəniz Akademiyasının Nizamnaməsinin təsdiq olunması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabineti­nin 2022-ci il 21 sentyabr tarixli 361 nöm­rəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1095 (Cild I) 7-ci hissəsi ləğv edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları