Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 175 Bakı şəhəri, 27 mart 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2019-cu il 16 aprel tarixli 173 nöm­rəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyə­sinə keçid Qaydası”nda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2019, № 4, maddə 766 (Cild I) ilə təsdiq edilmiş “Peşə təhsili pilləsi­nin bir səviyyəsindən növbəti səviyyəsinə ke­çid Qaydası”nın 4.6.1-ci yarımbəndinə “əsli” sözündən sonra “(Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 avqust ta­rixli 279 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisası­nı təsdiq edən sənədin verilməsi Qaydası”nın 6.1.2-ci yarımbəndinə əsasən verilmiş diplo­mun əsli)” sözləri əlavə edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları