Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 151 Bakı şəhəri, 13 mart 2024-cü il

“Azərbaycan Respublikası Pre­zidentinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu­nun tətbiq edilməsi barədə” 1998-ci il 22 noyabr tarixli 24 nömrəli, “Av­tomobil yolları haqqında” Azərbay­can Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Res­publikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanına əlavə edilməsi haqqında” 2009-cu il 30 oktyabr tarixli 171 nömrəli, “Azər­baycan Respublikasının Ticarət Gə­miçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 may tarixli 371-IVQD nömrəli Qanunu­nun tətbiqi barədə” 2012-ci il 6 iyul tarixli 669 nömrəli, “Dəniz limanları haqqında” Azərbaycan Respublika­sının 2014-cü il 18 aprel tarixli 945-IVQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Preziden­tinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Döv­lət Dəniz Administrasiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” 2014-cü il 14 may tarixli 161 nömrəli, “Azərbaycan Dəmir Yolla­rı” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərən­camında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə təd­birlər barədə” 2015-ci il 18 sentyabr tarixli 622 nömrəli, “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respubli­kasının 2015-ci il 18 dekabr tarixli 40-VQD nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 27 yanvar tarixli 751 nömrəli və “Yol hərəkəti haqqın­da” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası­nın 2016-cı il 16 dekabr tarixli 467-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2017-ci il 23 fevral tarixli 1268 nömrəli fərmanlarında dəyi­şiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 15 dekabr tarixli 2394 nömrəli Fərmanının icrası ilə əlaqədar Azər­baycan Respublikası Nazirlər Kabi­netinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

“Azərbaycan Respublikası Pre­zidentinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 22 noyabr tarixli 24 nömrəli, “Avtomobil yolları haqqında” Azərbaycan Res­publikası Qanununun tətbiq edilmə­si barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanına əlavə edilməsi haqqında” 2009-cu il 30 oktyabr tarixli 171 nömrəli, “Azərbaycan Respublika­sının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azər­baycan Respublikasının 2012-ci il 29 may tarixli 371-IVQD nömrəli Qanu­nunun tətbiqi barədə” 2012-ci il 6 iyul tarixli 669 nömrəli, “Dəniz limanları haqqında” Azərbaycan Respublikası­nın 2014-cü il 18 aprel tarixli 945-IVQ nömrəli Qanununun tətbiqi və Azər­baycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Admi­nistrasiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” 2014-cü il 14 may tarixli 161 nömrəli, “Azərbay­can Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidenti­nin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbir­lər barədə” 2015-ci il 18 sentyabr tarixli 622 nömrəli, “Azərbaycan Respublika­sının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azər­baycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 40-VQD nömrəli Qanunu­nun tətbiqi barədə” 2016-cı il 27 yan­var tarixli 751 nömrəli və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası­nın Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 467-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2017-ci il 23 fevral tarixli 1268 nöm­rəli fərmanlarında dəyişiklik edilmə­si barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 15 dekabr ta­rixli 2394 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qə­rara alır:

1. Azərbaycan Respublikası Na­zirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Top­lusu, 1999, № 3, maddə 197 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 25 yanvar ta­rixli 44 nömrəli Qərarı) ilə təsdiq edil­miş “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi al­maq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük və­siqəsinin verilməsi qaydaları haqqında Əsasnamə”nin 3.1-ci bəndinin ikinci cümləsindən “Azərbaycan Respublika­sının Prezidenti ilə razılaşdırılmaqla,” sözləri çıxarılsın.

2. “Dəniz limanı kapitanı haqqında Əsasnamə”nin, “Dənizdə gəmilərdə baş vermiş qəzaların araşdırılması Qaydaları”nın və “Gəmilərin nəzarət yoxlamasına dair Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respub­likası Nazirlər Kabinetinin 2013-cü il 4 aprel tarixli 59 nömrəli Qərarının (Azər­baycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 4, maddə 439 (Cild I) 4-cü hissəsi ləğv edilsin.

3. “Dəniz limanları haqqında” Azər­baycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi və “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişiklik edilməsi barədə” Azərbay­can Respublikası Nazirlər Kabinetinin 2015-ci il 8 iyul tarixli 262 nömrəli Qə­rarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 893 (Cild I) aşağıdakı dəyişik­liklər edilsin:

3.1. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Respub­likasının Dəniz Limanları Reyestrinin aparılması Qaydası”nın “Qeyd” hissəsi ləğv edilsin;

3.2. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Gəmi agenti haqqın­da Əsasnamə”nin “Qeyd” hissəsi ləğv edilsin;

3.3. həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Limanlarda gəmi agenti tərəfindən xidmətlərin göstəril­məsi üçün sertifikatın forması, qüvvə­də olma müddəti, verilmə və ləğv edil­mə Qaydası”nın “Qeyd” hissəsi ləğv edilsin.

4. Azərbaycan Respublikası Na­zirlər Kabinetinin 2015-ci il 8 sentyabr tarixli 296 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Top­lusu, 2015, № 10, maddə 1211 (Cild I); 2024, № 1, maddə 74) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları”nın “Qeyd” hissəsi ləğv edilsin.

5. Azərbaycan Respublikası Na­zirlər Kabinetinin 2015-ci il 1 oktyabr tarixli 313 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplu­su, 2015, № 10, maddə 1227 (Cild I) ilə təsdiq edilmiş “Limanlarda qanun­suz müdaxilə aktı zamanı təhlükəsiz­liyin təmin edilməsi Qaydası”nın 5-ci hissəsi ləğv edilsin.

6. Azərbaycan Respublikası Na­zirlər Kabinetinin 2016-cı il 15 avqust tarixli 306 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Top­lusu, 2016, № 8, maddə 1443 (Cild I) ilə təsdiq edilmiş “Dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Bey­nəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin və gəminin “Əmniyyətli İdarəetmə haqqın­da Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamə­nin forması və verilməsi Qaydası”nın “Qeyd” hissəsi ləğv edilsin.

7. “Sürücülük vəsiqəsinin təsviri­nin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında” Azərbay­can Respublikası Nazirlər Kabinetinin 2019-cu il 2 aprel tarixli 145 nömrəli Qərarının (Azərbaycan Respublikası­nın Qanunvericilik Toplusu, 2019, № 4, maddə 742 (Cild I) 5-ci hissəsi ləğv edilsin.

8. “Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2023-cü il 21 yanvar tarixli 18 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2023, № 1, maddə 137 (Cild I) 2-ci hissəsi ləğv edilsin.

9. “Nəqliyyat vasitələrinin park­lanmasına görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında” Azərbay­can Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyun tarixli 213 nömrəli Qərarının (Azərbaycan Respublikası­nın Qanunvericilik Toplusu, 2023, № 6, maddə 873 (Cild I) 3-cü hissəsi ləğv edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları