Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 154 Bakı şəhəri, 13 mart 2024-cü il

“Azərbaycan Respublikası Prezidenti­nin “Telekommunikasiya haqqında” Azər­baycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 9 avqust tarixli 277 nömrəli, “Baytarlıq haqqında” Azər­baycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 22 noyabr ta­rixli 316 nömrəli, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qa­nununun tətbiq edilməsi barədə” 2005-ci il 9 dekabr tarixli 326 nömrəli, “Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanu­nunun tətbiq edilməsi barədə” 2009-cu il 14 aprel tarixli 82 nömrəli, “Balıqçılıq haqqın­da” Azərbaycan Respublikasının Qanu­nunda dəyişikliklər edilməsi barədə” Azər­baycan Respublikasının 2014-cü il 27 iyun tarixli 1015-IVQD nömrəli Qanununun tət­biqi haqqında” 2014-cü il 11 avqust tarixli 243 nömrəli, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr ta­rixli 360-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2016-cı il 23 noyabr tarixli 1123 nömrəli, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respub­likasının 2018-ci il 30 oktyabr tarixli 1310-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 20 noyabr tarixli 354 nömrəli və “Telekommunikasiya haqqında” Azərbay­can Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası­nın 2022-ci il 27 dekabr tarixli 768-VIQD nömrəli Qanununun tətbiqi və “Telekom­munikasiya haqqında” Azərbaycan Respub­likası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fər­manında dəyişiklik edilməsi haqqında” 2023-cü il 4 fevral tarixli 2022 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 16 dekabr tarixli 2406 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qə­rarlarında dəyişiklik edilməsi haqqında

“Azərbaycan Respublikası Prezidentinin “Telekommunikasiya haqqında” Azərbay­can Respublikası Qanununun tətbiq edil­məsi barədə” 2005-ci il 9 avqust tarixli 277 nömrəli, “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilmə­si barədə” 2005-ci il 22 noyabr tarixli 316 nömrəli, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 9 dekabr tarixli 326 nömrəli, “Arıçılıq haqqında” Azərbay­can Respublikası Qanununun tətbiq edil­məsi barədə” 2009-cu il 14 aprel tarixli 82 nömrəli, “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublika­sının 2014-cü il 27 iyun tarixli 1015-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2014-cü il 11 avqust tarixli 243 nömrəli, “Dərman vasitələri haqqında” Azərbaycan Respubli­kasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 360-VQD nömrəli Qanu­nunun tətbiqi haqqında” 2016-cı il 23 noyabr tarixli 1123 nömrəli, “Uşaqların zərərli infor­masiyadan qorunması haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1310-VQ nömrəli Qanununun tətbiqi barə­də” 2018-ci il 20 noyabr tarixli 354 nömrəli və “Telekommunikasiya haqqında” Azərbay­can Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublika­sının 2022-ci il 27 dekabr tarixli 768-VIQD nömrəli Qanununun tətbiqi və “Telekommu­nikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbay­can Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanında dəyi­şiklik edilməsi haqqında” 2023-cü il 4 fevral tarixli 2022 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 16 dekabr tarixli 2406 nömrəli Fərmanının icrasını təmin et­mək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Dövlət orqanlarının və bələdiyyələ­rin İnternet informasiya ehtiyatlarının yara­dılması Formaları və Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respubli­kası Nazirlər Kabinetinin 2007-ci il 16 fev­ral tarixli 33 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 193 (Cild I) 2-ci hissəsi ləğv edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2017-ci il 2 iyun tarixli 243 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2017, № 6, maddə 1220 (Cild I) ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”nın “Qeyd” hissəsi ləğv edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 iyun tarixli 256 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1231 (Cild I); 2024, № 1, maddə 116) ilə təsdiq edilmiş “Akvakulturanın həyata ke­çirilməsi Qaydası”nın “Qeyd” hissəsi ləğv edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli Qərarı (Azərbaycan Respublikası­nın Qanunvericilik Toplusu, 2018, № 7 (II kitab), maddə 1623 (Cild I) ilə təsdiq edilmiş “Bioloji fəallığa malik qida əlavələrinin eks­pertizadan keçirilməsi Qaydası”nın “Qeyd” hissəsi ləğv edilsin.

5. “İnformasiya məhsulunun yaş kateqo­riyalarına aid edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 iyul tarixli 267 nömrəli Qərarının (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 997 (Cild I) 2-ci hissəsi ləğv edilsin.

6. “İnformasiya məhsulunun yaş təsni­fatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi, attestatın qüvvədəolma müddətinin dayandırılması və ya ona xitam verilməsi, ekspertlərin və ekspert təşkilatla­rının reyestrinin aparılması və onların fəaliy­yətinə nəzarət Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 iyul tarixli 268 nömrəli Qərarının (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 998 (Cild I) 2-ci hissəsi ləğv edilsin.

7. “İnformasiya məhsulunun yaş təsni­fatının aparılması üzrə Ekspert Şurasının Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabine­tinin 2020-ci il 29 iyul tarixli 269 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qa­nunvericilik Toplusu, 2020, № 7, maddə 999 (Cild I) 2-ci hissəsi ləğv edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları