Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 150 Bakı şəhəri, 13 mart 2024-cü il

“Azərbaycan Respublikası Preziden­tinin “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 29 oktyabr tarixli 790-IVQD nömrəli Qanunu­nun tətbiqi haqqında” 2013-cü il 25 noyabr tarixli 38 nömrəli, “Azərbaycan Respubli­kasının Əmək Məcəlləsində dəyişiklik edil­məsi haqqında” Azərbaycan Respublikası­nın 2014-cü il 28 noyabr tarixli 1117-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağ­lı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2014-cü il 22 dekabr tarixli 416 nömrəli, “Azərbaycan Respublikası Prezi­dentinin 2018-ci il 7 mart tarixli 1871 nöm­rəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun Nizam­naməsi”ndə dəyişikliklər edilməsi haqqın­da” 2018-ci il 29 avqust tarixli 252 nömrəli və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 de­kabr tarixli 504 nömrəli Fərmanında dəyi­şikliklər edilməsi barədə” Azərbaycan Res­publikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2018-ci il 18 oktyabr tarixli 310 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 16 dekabr tarixli 2411 nömrəli Fərmanının icrası ilə əlaqə­dar Azərbaycan Respublikası Nazirlər Kabi­netinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

“Azərbaycan Respublikası Preziden­tinin “Əhalinin sağlamlığının qorunma­sı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respub-likasının 2013-cü il 29 oktyabr tarixli 790-IVQD nömrəli Qanunu­nun tətbiqi haqqında” 2013-cü il 25 noyabr tarixli 38 nömrəli, “Azərbaycan Respubli­kasının Əmək Məcəlləsində dəyişiklik edil­məsi haqqında” Azərbaycan Respublikası­nın 2014-cü il 28 noyabr tarixli 1117-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edil­məsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2014-cü il 22 dekabr tarixli 416 nömrəli, “Azərbaycan Respublikası Prezi­dentinin 2018-ci il 7 mart tarixli 1871 nöm­rəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun Nizam­naməsi”ndə dəyişikliklər edilməsi haqqın­da” 2018-ci il 29 avqust tarixli 252 nömrəli və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilmə­si ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyi­şikliklər edilməsi barədə” Azərbaycan Res­publikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2018-ci il 18 oktyabr tarixli 310 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 16 dekabr tarixli 2411 nömrəli Fərmanının icrasını təmin et­mək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 iyun tarixli 224 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 796 (Cild I) ilə təsdiq edilmiş “Əmək qa­nunvericiliyinin və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun po­zulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azər­baycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin orqa­nın hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın “Qeyd” hissəsi ləğv edilsin.

2. “Azərbaycan Respublikasının İnziba­ti Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifa­də Qaydası”nın və “Vəzifə (tarif) maaşları­na əlavə verilən işçilərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 iyun tarixli 225 nömrəli Qərarının (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 797 (Cild I) 2-1-ci hissəsi ləğv edilsin.

3. “Hüquqi nəticə yaradan hərəkətləri dövlətin adından həyata keçirən, Azərbay­can Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxsin (statusu Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilən, habelə dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki publik hüquqi şəxslər istisna olmaqla) işlər görülməsindən və xid­mət göstərilməsindən əldə etdiyi vəsaitin (o cümlədən tutulan xidmət haqlarının) həmin publik hüquqi şəxsin sərəncamında qalan his­səsindən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 yanvar tarixli 15 nömrəli Qərarının (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2020, № 1, maddə 72 (Cild I) 2-ci hissəsi ləğv edilsin.

4. “Dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərə­findən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən vəsaitdən (o cümlədən tutulan xidmət haqlarından) isti­fadə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabineti­nin 2021-ci il 10 sentyabr tarixli 257 nöm­rəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 9, maddə 1057 (Cild I) 2-ci hissəsi ləğv edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları