Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 148 Bakı şəhəri, 13 mart 2024-cü il

“İcazə” blanklarının (jurnallarının) verilməsinə görə ödənilən haqqın məbləği”nin təsdiq edilməsi haqqında

“Avtomobil nəqliyyatı haqqında” Azər­baycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 973-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Avtomobil nəqliyyatı haqqında” Azər­baycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2008-ci il 4 iyul tarix­li 792 nömrəli, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun­da dəyişikliklər edilməsi barədə” Azər­baycan Respublikasının 2018-ci il 23 fev­ral tarixli 1016-VQD nömrəli Qanununun tətbiqi və “Yol hərəkəti haqqında” Azər­baycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respub­likası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişiklik­lər edilməsi haqqında” 2018-ci il 17 aprel tarixli 1926 nömrəli, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası­nın Nəqliyyat, Rabitə və Yüksək Texno­logiyalar Nazirliyi yanında Dövlət Avto­mobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhə­rində avtomobil nəqliyyatı ilə sərnişin da­şınması sahəsində idarəetmənin təkmil­ləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşın­ması sahəsində idarəetmənin təkmilləş­dirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişik­lik edilməsi barədə” 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli fərmanlarında də­yişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2300 nömrəli Fərmanının 2.1.5-ci yarımbəndinin icrasını təmin et­mək məqsədilə Azərbaycan Respublika­sının Nazirlər Kabineti qərara alır:

“İcazə” blanklarının (jurnallarının) ve­rilməsinə görə ödənilən haqqın məbləği” təsdiq edilsin (əlavə olunur).

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları