Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 132 Bakı şəhəri, 12 mart 2024-cü il

“Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kolle­giyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2006-cı il 14 iyun tarixli 144 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”nin 16-cı hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kolle­giyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2006-cı il 14 iyun tarixli 144 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 6, maddə 572 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissə aşağıdakı redaksiyada verilsin:

“1. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kol­legiya üzvlərinin sayı 24 (iyirmi dörd) nəfərdən ibarət müəyyən edil­sin.”.

2. 2-ci hissənin “Kollegiyanın üzvləri:” bölməsi üzrə:

2.1. “Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası­nın rektoru” sözlərindən sonra “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin regional idarələrinin rəisləri” sözləri əlavə edilsin;

2.2. “Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosi­asiyasının prezidenti” sözləri “Azəridmanservis” MMC-nin direktoru” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları