Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 81 Bakı şəhəri, 9 fevral 2024-cü il

“Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respubli­kası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nöm­rəli Qərarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siya­hısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 1, maddə 56 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:

“1-1. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahıda ümumi adla göstərilmiş peşələrdə və vəzifələrdə işləyən bütün adlardan (kiçik, böyük, baş, köməkçi və s.) olan işçilər güzəştli pensiya hüququna malikdirlər.”;

1.2. həmin Qərarla təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, və­zifələrin və göstəricilərin Siyahısı” üzrə:

1.2.1. 10.2-ci bənd üzrə:

1.2.1.1. “a) fəhlələr:” abzasının: 

1.2.1.1.1. “susuzlaşdırıcı və duzlaşdırıcı qurğuların operator­ları” sətri aşağıdakı redaksiyada verilsin:

susuzlaşdırma və duzsuzlaşdırma qurğusunun operatorları
1.2.1.1.2. “mədənlərdə tərkibində kükürdlü hidrogen olan (1,5%-dən çox) qazın kompleks qurğularının hazırlanması ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər” sətri aşağıdakı redaksiyada verilsin:

neft mədənlərində, neftin saxlanılması və ötürülməsi sahəsində nəzarət-ölçü cihazları və avtomatika qurğularının təmiri və xidməti işləri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər

1.2.1.1.3. “neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər” sətri aşağıdakı redak­siyada verilsin:

əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olan təmirçi çilingərlər

1.2.1.1.4. “kompressor qurğularının maşinistləri” sətrindən sonra aşağıdakı məzmunda yeni sətirlər əlavə edilsin:

əmtəə operatorları
nasos qurğularının maşinistləri
dəniz özüllərində, estakadalarda stasionar kranların kran maşinistləri
qazın yığılması üzrə operatorlar
qazpaylayıcı stansiyanın operatorları
1.2.2. 21.2-ci bənd üzrə: 

1.2.2.1. “a) fəhlələr:” abzası ləğv edilsin;

1.2.2.2. “b) üzən heyət:” abzasının “dəniz, çay donanması­nın və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim li­man akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla)” sətrində “gəmiçiləri” sözü “gəmiləri” sözü ilə əvəz edil­sin;

1.2.2.3. “c) sahil heyəti” abzasından “partladıcılar” və “tryum mo­torçuları” sətirləri çıxarılsın;

1.2.3. 21.4-cü bənd üzrə:

1.2.3.1. “dəmiryol xətləri hərəkətində parovozların və buxar kranlarının ocaqçıları”, “dəmiryol xətləri hərəkətində parovozla­rın və buxar kranlarının maşinistləri” və “dəmiryol xətləri hərəkə­tində parovozların və buxar kranlarının maşinist köməkçiləri” sətirləri çıxarılsın;

1.2.3.2. “a) fəhlələr:” abzasından “parovozların qazanlarının isti yuyulması ilə məşğul olan qazançılar”, “parovozların depo ocaqçıları”, “kükürdlü nefti və aşındırıcı maddələri töküb-axıtma məntəqələrində məşğul olan yük və baqajı qəbul edib və təhvil verənlər” və “parovozların qazan yuyucuları” sətirləri çıxarılsın;

1.2.4. 29-cu hissənin “a) fəhlələr:” abzasına “5 m-dən yuxarı yüksəklikdə işləyən (gərginliyi 35 kV və artıq olan) elektrik ke­çirici hava xətlərinin təmiri üzrə elektrik montyorları” sətrindən sonra aşağıdakı məzmunda yeni sətir əlavə edilsin:

texnoloji boru kəmərlərinin quraşdırıcıları

1.2.5. 31.1-ci bəndin “a) fəhlələr:” abzasından “xüsusi geyi­min yuyulması və təmiri üzrə maşinistlər” və “texniki məhsulun ələyiciləri” sətirləri çıxarılsın.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tarif-ixtisas sorğu kitabçalarının altı ay müd­dətində bu Qərara uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Keçid müddəaları

3.1. Bu Qərarın 1.1-ci bəndi bu Qərarın qüvvəyə mindiyi tarix­dən əvvəlki dövr üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası­nın təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibət­də nəzərə alınır.

3.2. Bu Qərarın qüvvəyə mindiyi tarixədək bu Qərarın 1.2.2-ci (1.2.2.2-ci abzas istisna olmaqla), 1.2.3-cü və 1.2.5-ci yarım­bəndlərində nəzərdə tutulan peşə və vəzifələr güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə və vəzifələr he­sab edilir.

3.3. Bu Qərarın 1.2.1-ci (1.2.1.1.1-1.2.1.1.3-cü abzaslar istisna olmaqla) və 1.2.4-cü yarımbəndlərində nəzərdə tutulmuş yeni peşə və vəzifələr bu Qərarın qüvvəyə mindiyi tarixdən əvvəlki dövr üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə nəzərə alınmır.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

 

Nazirlər kabinetinin qərarları