Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 80 Bakı şəhəri, 9 fevral 2024-cü il

“Milli arxiv fonduna məxsus elekt­ron sənədlərin daimi dövlət mühafizə­sinə qəbulu, mühafizəsi, istifadəsi və arxiv sənədlərinin rəqəmsallaşdırıl­ması Qaydaları”nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 fevral tarixli 1815 nömrəli Sərənca­mı ilə təsdiq edilmiş “Azərbaycan Res­publikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqra­mı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 6.4.4-cü yarımbəndinin icrası­nı təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qəra­ra alır:

1. “Milli arxiv fonduna məxsus elekt­ron sənədlərin daimi dövlət mühafizəsinə qəbulu, mühafizəsi, istifadəsi və arxiv sənədlərinin rəqəmsallaşdırılması Qay­daları” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş “Milli arxiv fonduna məx­sus elektron sənədlərin daimi dövlət mühafizəsinə qəbulu, mühafizəsi, istifa­dəsi və arxiv sənədlərinin rəqəmsallaş­dırılması Qaydaları”nın 4.5-ci bəndində nəzərdə tutulmuş Vahid Elektron Arxiv Məlumat Sisteminin (bundan sonra - Sis­tem) Əsasnaməsinin layihəsini hazırlasın və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi:

3.1. Sistemin Azərbaycan Respubli­kası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edil­miş “Dövlət informasiya ehtiyatları və sis­temlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qayda­ları”na uyğun olaraq dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndi­rilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etsin;

3.2. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə birlikdə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təs­diq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq Sistemin “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsinin təmin edilməsinə dair tədbirlər görsün.

4. Azərbaycan Respublikasının Xü­susi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti:

4.1. Sistemi mühafizə olunan tele­kommunikasiya kanalları ilə təmin etsin və həmin sistemin təhlükəsizlik meyarları üzrə monitorinqini həyata keçirsin;

4.2. Sistemin informasiya təhlükəsiz­liyinin təmin edilməsi məqsədilə Azərbay­can Respublikasının Milli Arxiv İdarəsi ilə birlikdə zəruri tədbirlər görsün.

5. Bu Qərarın 1-ci hissəsi 2025-ci il 1 yanvar tarixindən qüvvəyə minir.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları