Heydər Əliyev Mərkəzində qanalı rəssamın sərgisi

post-img

Heydər Əliyev Mərkəzində qanalı rəssam Kojo Marfonun “Ümid sınağı” (“Crucible of hope”) adlı fərdi sərgisi açılıb. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər. 

Açılış mərasimdən əvvəl rəssam Kojo Marfo jurnalistlərə açıqlamasında sər­ginin möhtəşəm təşkil edildiyini deyib: “Bakıya ilk gəlişimdir. Burada olmaqdan və sərgimi keçirməkdən çox məmnunam. İnsanları mədəniyyət yaxınlaşdırır”.

Sərginin kuratoru Jan-Davit Malat (Je­an-David Malat) Bakıya səfərinin bu əsər­ləri digər insanlara sərgiləməklə yanaşı, həmçinin gözəl şəhərdən həzz almaq im­kanı yaratdığını qeyd edib. O, Kojo Marfo­nun solo sərgisinin təşkil edilməsinə görə Heydər Əliyev Fondunun vitse-preziden­ti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərova öz minnətdarlığını bildirib. 

Rəssam Kojo Marfo bildirib ki, onun üçün böyük şərəfdir ki, yaratdığı əsərlər belə gözəl, möhtəşəm binada sərgilən­mək imkanı qazanıb. Rəssam bunun üçün Heydər Əliyev Fonduna minnətdar­lığımı bildirib. 

Sərgidə Kojo Marfonun əlvan rəngləri ilə nəzərləri özünə cəlb edən, izləyicilə­rinə xoş, hətta bəzən bayram əhvali-ru­hiyyəsi bəxş edən 20-dən çox əsəri nü­mayiş olunub. 

Qeyd edək ki, Kojo Marfo Londonda yaşayan qanalı rəssamdır. Onun sənət əsərləri bundan əvvəl Amsterdam, Barse­lona, London, Nyu-York, Paris, Tokio və digər şəhərlərdə nümayiş etdirilib.

XQ



Son xəbərlər