Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 69 Bakı şəhəri, 5 fevral 2024-cü il 

“Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə əlavə dəstək göstəril­məsi nəzərdə tutulan iqtisadiyyatın prioritet sahələrinin siyahısı”nın təs­diq edilməsi haqqında

“Mikro, kiçik və orta sahibkarlığın inki­şafı haqqında” Azərbaycan Respublika­sının 2022-ci il 2 dekabr tarixli 661-VIQ nömrəli Qanununun tətbiqi və Azərbay­can Respublikası Prezidentinin “Azər­baycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanında dəyi­şiklik edilməsi, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respub­likası Qanununun tətbiq edilməsi barə­də” 1999-cu il 4 avqust tarixli 171 nöm­rəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 yanvar tarixli 2001 nömrəli Fərmanının 2.2.2-ci yarımbəndinin icra­sını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə əlavə dəstək göstərilməsi nəzərdə tutulan iqtisadiyyatın prioritet sahələrinin siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının İqti­sadiyyat Nazirliyi qeyd olunan sahələrin inkişafının stimullaşdırılması istiqamə­tində əlavə yeni dəstək mexanizmlərinin yaradılması ilə bağlı təkliflərini altı ay müddətində Azərbaycan Respublikası­nın Nazirlər Kabinetinə təqdim etsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 5 fevral tarixli 69 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

 

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə əlavə dəstək göstərilməsi nəzərdə tutulan iqtisadiyyatın prioritet sahələrinin

SİYAHISI

 

Mikro, kiçik və orta sahibkarlığın inkişafının yeni və daha səmərəli dəstəklər hesabına sürətləndirilməsi, qlobal iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyalara qarşı bu sahədə rəqabətli və dayanıqlı iqtisadi fəaliyyət mühitinin formalaşdırılması məqsədilə aşağıdakı sahələr üzrə fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə əlavə dəstək göstərilməsi təmin edilir:

1. Sənaye

2. Kənd təsərrüfatı

3. İnformasiya və rabitə

4. Turizm

5. Tikinti

6. Nəqliyyat 

7. Ticarət.

 

Nazirlər kabinetinin qərarları