Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 67 Bakı şəhəri, 5 fevral 2024-cü il 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 18 iyul tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azər­baycan Respublikası nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 18 iyul tarixli 168 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 625 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası nəzarət-kas­sa aparatları üzrə sahələrarası ekspert Komissiyası haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.1.9-cu yarım­bənd əlavə edilsin: 

“3.1.9. Nəzarət-kassa aparatlarının operatorlarına dair funksional tələblər və fəaliyyətinin təşkili üzrə təlimatın təsdiq edilməsi.”.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları