Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 54 Bakı şəhəri, 29 yanvar 2024-cü il

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agent­liyinin əməkdaşlarının sağlamlığı­nın mühafizəsi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddə-sinin səkkizinci abzasını rəhbər tutaraq, “Xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin tək­milləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 16 mart tarixli 957 nömrəli Fərmanının 5.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Res­publikasının Maliyyə Nazirliyi və Azər­baycan Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentli­yinin əməkdaşlarına (pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla) və onların ailə üzvlərinə tibbi xidmətin göstərilməsi, o cümlədən xəstəliklərin profilaktikası, il­kin tibbi-sanitariya yardımı, təcili və təxirə­salınmaz tibbi yardım, ambulator-polikli­nik və stasionar tibbi yardım, onların tibbi reabilitasiyası və sağlamlaşdırılmasının təmin edilməsi “Hərbi qulluqçuların statu­su haqqında” Azərbaycan Respublikası Qanununun və “Azərbaycan Respubli­kasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçu­larının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli Fərmanının tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilsin.

2. Azərbaycan Respublikasının Ma­liyyə Nazirliyinə tapşırılsın ki, bu Qərarın icrası ilə əlaqədar müvafiq vəsaitlərin hər il növbəti ilin dövlət büdcəsi layihəsinin tərtibi zamanı Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə razılaşdırılmış təklifləri əsasında Azərbaycan Respubli­kası Dövlət Sərhəd Xidmətinin saxlanıl­ması xərclərinin tərkibində nəzərdə tutul­masını təmin etsin.

3. Bu Qərar 2024-cü il fevralın 1-dən qüvvəyə minir.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları