Çexiya vətəndaşı Ermənistanla sərhəddə saxlanılıb

post-img

Çexiya vətəndaşı Ermənistan tərəfdə minalanmış zonadan keçərək Azərbaycan ərazisinə daxil olub. Müvafiq məlumat Çexiyanın Azərbaycandakı konsulluğuna göndərilib.

Hazırda faktla bağlı araşdırma aparılır və onun şəxsiyyəti müəyyənləşdirilir.

Qeyd edək ki, son vaxtlar bir sıra Avropa ölkələ­rinin, xüsusən də Fransanın nümayəndələri Ermə­nistan-Azərbaycan sərhədində kifayət qədər tez-tez olurlar. Belə ki, fevralın 2-də Fransa Milli Jandarme­riyasının briqada generalı Uilyam De Meyer Avropa İttifaqının Ermənistandakı mülki missiyasının yerləşdi­yi yerə baş çəkib, orada sərhəddəki vəziyyətlə tanış olub.

Bütün bunlar Avropa strukturlarının bu ərazidə kəş­fiyyat apardığını göstərə bilər.

XQ

Son xəbərlər