Belarus nümayəndələr Ədliyyə Nazirliyində

post-img

Belarus ədliyyə nazirinin birinci müavini xanım Nataliya Filippovanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub.

Nümayəndə heyəti Azərbaycanın ixrac edilən brendi olan “ASAN xidmət” və DOST mərkəzlərində olub, dövlət xidmətləri sahəsində yeni təcrübə əldə etdiklərini söyləyiblər.

Qonaqlar rəqəmsal ədliyyə, elekt­ron və mobil ədliyyə xidmətlərinə, süni intellektin tətbiqi ilə vətəndaşlara mə­safədən eyni vaxtda müxtəlif ədliyyə xidmətlərinin göstərilməsini mümkün edən “ƏNTEZ” xidmət platformasına böyük maraq göstəriblər. Bununla bağlı nazirlikdə geniş təqdimat keçirilib, həm­çinin DOST mərkəzində “ƏNTEZ”-in fəaliyyəti ilə əyani tanışlıq olub.

Səfər zamanı Ədliyyə Nazirliyində Belarusun nümayəndə heyəti ilə ədliy­yə naziri F.Məmmədovun görüşü keçi­rilib.

Görüşdə ölkələrimiz arasında stra­teji tərəfdaşlıq səviyyəsinə yüksələn əməkdaşlıq münasibətlərinin müxtəlif, o cümlədən hüquqi sahədə inkişafın­dan məmnunluq ifadə olunub, Ədliyyə nazirlikləri arasında səmərəli qarşılıqlı fəaliyyətə toxunularaq bu əlaqələrin dərinləşdirilməsi üçün geniş perspek­tivlərin olduğu bildirilib.

XQ

Son xəbərlər