Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 58 Bakı şəhəri, 31 yanvar 2024-cü il

“Azərbaycan Respublikasında ix­rac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Na­zirlər Kabinetinin 2021-ci il 18 iyun ta­rixli 174 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azər­baycan Respublikası Nazirlər Kabineti­nin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2021-ci il 18 iyun tarixli 174 nöm­rəli Qərarının (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2021, № 6 (IV kitab), maddə 680) 2-ci hissəsində “2024-cü il 1 yanvar” sözləri “2025-ci il 1 yanvar” sözləri ilə əvəz edilsin.

2. Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları